29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Uşaqların atası imkanlı, babaları dünyaca tanınmış məşhur insandır” – Nura Suri

“Uşaqların atası imkanlı, babaları dünyaca tanınmış məşhur insandır” – Nura Suri

Müğənni Nura Suri “Söz baz” proqramına qonaq olub.  

“Qanunla.az” xəbər verir ki,  o, verilişdə şəxsi  həyatı  ilə  bağlı bəzi  açıqlamalar edib. Belə ki, müğənni oğlunu oxutmaq üçün 4 evini satdığını deyib.

“Hər ay oğluma funt-sterlinqlə pul göndərməli idim. Makiyajımı, manikürümü, saç düzümümü özüm edirdim ki, xaricdə uşaq oxutdururam. Özümə o qədər qənaət edirdim ki… Oğlum hiss etməsin ki, anam əziyyətlə göndərir. Üç-dörd il əvvəl aldığım paltarları geyinirdim.Həyat yoldaşımdan qalan 4 evi satmışım. Evimin biri 23 nömrəli məktəblə üzbəüz idi. Bir binanın üçüncü mərtəbəsinin hamısı mənim idim. Ortancıl oğlum doğulanda onun üçün almışdıq. Sonra başqa bir mərkəzdə olan yerdə evimi satdım. İkinci dəfə ailəli olanda 1 aydan sonra boşandım. Orda heç nə olmayıb. Uşaqların atası imkanlıdır. Babaları dünyaca tanınmış məşhur insandır. İndi Amerikada onlara dəstək olur. Mən onları Amerikaya oxumağa göndərəndən, hər şey edəndən sonra nəsə edir onlara”.

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın