28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Müğənni Manaf Ağayev saxlanıldı

Müğənni Manaf Ağayev saxlanıldı

Sosial şəbəkələrdə və xəbər saytlarında yayılmış məlumatlara görə işğaldan azad  olunmuş Füzuli rayonuna səfər edən müğənni Manaf Ağayev saxlanılıb.
“Unikal” 
xəbər verir ki, onun Füzuli rayonundan öz instagram hesabından bahalı avtomobillərlə yaydığı görüntülər geniş müzakirələrə səbəb olmuş, sonradan M. Ağayev həmin görüntüləri silmişdi.
Araşdırma zamanı onun işğaldan azad olunmuş ərazilərə qanunsuz daxil olması müəyyən edilmiş və o bu gün axşam saatlarında Bakı şəhərində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov  Qafqazaz.com-a açıqlamasında faktı təsdiqləyib.
Hazırda araşdırma davam etdirilir.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın