28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Qarabağ” ciddi rəqibdir – Fransa mətbuatı

  • İDMAN
  • 17 Fevral 2022
  • 55 BAXIŞ SAYI
“Qarabağ” ciddi rəqibdir – Fransa mətbuatı

Fransanın nüfuzlu “francetvinfo.fr” saytı Qarabağ Futbol Klubunun Marseldə keçirəcəyi oyunu ilə bağlı xəbər yayıb.

“Qafqazaz.com” xəbər verir ki, məlumatda deyilir:
“1951-ci ildə yaradılan Qarabağ Futbol Klubu ciddi qəbul edilməli rəqibdir. 8 dəfə Azərbaycan çempionu olmuş komanda 1990-cı illərin sonlarından Avropada yarışlarda iştirak edir. Uzun illər təsnifat turnirlərində oynayan komanda nəhayət 2014-2015-ci il mövsümündə Avropa Liqasının, 2017-ci ildə isə çempionlar liqasının təsnifat mərhələlərində oynamağı bacardı.

Bu mövsüm komanda Konfrans Liqasının H qrupunda çıxış edib və tarixində ilk dəfə Avropada mərhələyə yüksəlib. Təcrübəli oyunçuları sayəsində Qarabağ rəqibinə hədiyyə etmək niyyətində deyil”.

“Laprovence.com” saytı isə stadionun ətrafına çox sayda polis əməkdaşının cəlb edildiyi və çox ciddi təhlükəsizlik tədbirlərinin görüldüyünü xəbər verir

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın