28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ukraynaya hücum üçün təxribat planı işə düşdü

  • MANŞET
  • 17 Fevral 2022
  • 49 BAXIŞ SAYI
Ukraynaya hücum üçün təxribat planı işə düşdü

ABŞ Prezidenti Co Baydenin Rusiyanın yaxın günlərdə Ukraynaya hücum edəcəyi haqda çıxışının və Böyük Britaniya Müdafiə Nazirliyinin mümkün hücum istiqamətləri ilə bağlı xəritə yaymasının ardınca Kremlin fəaliyyəti diqqətdədir.

Qafqazaz.com xəbər verir ki, siyasi müşahidəçilər Rusiyanın “bəhanə” hazırladığı iddiasını irəli sürüblər.

Politoloq Elxan Şahinoğlu da düşünür ki, artıq təxribat planının icrasına start verilib:

“Birincisi, Kremldən separatçılara əmr verilib ki, qarşı tərəfi cavab atəşinə məcbur etmək məqsədilə Ukrayna ərazisindəki müxtəlif hədəflər vurulsun.

İkincisi, Rusiya mediası məhz Ukrayna ordusunun “təxribat” yaratdığını, separatçıların mövqelərini bombamaladığı görüntülərini yaymağa başlayıb.

Hərbi müdaxiləni əsaslandırmaq üçün bu iki istiqamətdə “iş” gedir. Klassik təxribat modelidir”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın