18.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Göyçayda 43 yaşlı kişi güllələnərək öldürüldü

Göyçayda 43 yaşlı kişi güllələnərək öldürüldü

Göyçay sakini küçədə güllələnib.

Göyçay rayon prokurorluğundan Qafqazaz.com-a verilən məlumata görə, fevralın 22-də saat 22 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Cavanşir Şükürovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın