29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Prezident İlham Əliyev BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda çıxış edib

  • MANŞET
  • 28 Fevral 2022
  • 1.540 BAXIŞ SAYI
Prezident İlham Əliyev BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda çıxış edib

BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda 25 fevral tarixində keçirilmiş yüksək səviyyəli tematik müzakirələrində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxışı edib.

 

Azərbaycan pandemiya ilə mübarizədə hər zaman dünyada daha effektiv nəticələrlə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasında olub

Hazırda bütün dünyanı bürümüş bir çox iqtisadi və siyasi sarsıntıların fonunda COVID-19 pandemiyası hələ də ən təhlükəli qlobal təhdidlərdən biri kimi öz aktuallığını saxlayır. Dünya hələ də bu bəladan qurtulmayıb. Təbii ki, iki il bundan əvvəlki dövrlə müqayisədə müəyyən irəliləyişlərə nail olunub. Azərbaycan COVID-19-la mübarizədə istər ölkə daxilində əldə edilmiş nəticələr, istərsə də iqtisadi cəhətdən daha zəif olan digər ölkələrə yardım göstərilməsi baxımından yüksək göstəricilərə malikdir. Lakin dünya səviyyəsində pandemiya ilə səmərəli mübarizə sahəsində hələ də ciddi problemlər mövcuddur. Məhz elə bu baxımdan fevralın 25-də BMT Baş Assambleyası sədrinin təşkil etdiyi “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda yüksək səviyyəli tematik müzakirələr xüsusi əhəmiyyət kəsb edən ali toplantı kimi dəyərləndirilir. Bu tədbirdə cənab Prezident İlham Əliyev həm milli kontekstdən, həm də Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxış edib.
BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının və Hərəkatın sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən bu məsələlərlə bağlı irəli sürdüyü çoxsaylı təşəbbüslər Pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük önəm kəsb edir.
Azərbaycan pandemiya ilə mübarizədə hər zaman dünyada daha effektiv nəticələrlə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasında olub. Hətta bir çox ölkə koronavirus infeksiyasına qarşı mübarizədə məhz Azərbaycan modelini örnək olaraq qəbul ediblər.
2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr də məhz cənab Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülüb. Bu vaxtadək Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı edib və təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib.
Pandemiya başlayan dövrdən Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdən biri, bəlkə də birincisidir. Prezident İlham Əliyev daim vaksinlərin ədalətsiz bölgüsünə qarşı qlobal səviyyədə çıxış edib.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

Azərbaycanın qlobal humanitar missiyası

Azərbaycan qısa müddətdə səhiyyə infrastrukturunu koronavirusla səmərəli mübarizə üçün səfərbər etməklə əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində nümunəvi tədbirlər görən ölkələrdən biridir. Preventiv tədbirlərin zamanında həyata keçirilməsi və vaksinasiya prosesinə tez başlanılması koronavirusla bağlı vəziyyəti nəzarətdə saxlamağa imkan verdi.
“Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə TASS agentliyində Rusiyanın aparıcı KİV-nin rəhbərləri ilə görüşündə Azərbaycan təcrübəsi ilə bağlı fikirlərini bölüşərkən bildirdi ki, ölkəyə vaksinlər kifayət qədər tez çatdırıldı və vaksinasiya artıq 2021-ci il yanvarın 18-də başladı”. Hazırda pandemiya ilə aparılan mübarizənin nəticəsinə görə demək olar ki, Azərbaycanda son dalğa azalmaqdadır
Azərbaycanın koronavirusla mübarizə metodları və təcrübəsi bir çox dünya ölkəsi üçün nümunədir. Ölkəmizdə səhiyyə sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirildi. Modul tipli xəstəxanaların qısa müddətdə fəaliyyətə başlaması, yeni laboratoriyaların qurulması, karantin rejiminin tətbiqi, tibbi qoruyucu vasitələrin və dezinfeksiya məhsullarının istehsalı sahəsində atılan addımlar xəstəliyin daha geniş miqyasda yayılmasının qarşısını almağa xidmət etmiş oldu. Azərbaycanın COVID-19-la mübarizəsi ancaq ölkə daxilində yekunlaşmır. Virusun ortaya çıxdığı və vaksinlərin istehsalına başlanıldığı dövrdən etibarən cənab Prezident İlham Əliyev müxtəlif tribunalardan çağırışlar edərək vaksin ədalətsizliyinə qarşı mübarizə aparır, aidiyyəti qurumlara, ölkələrə humanitar yardımlar göstərir. Ölkəmiz birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilmişdir.
COVID-19-la mübarizədə hər birimiz pandemiyanın ilk günlərində olduğu kimi, indi də karantin rejimi tələblərinə ciddi əməl etməliyik

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Peyvənd millətçiliyi

Dövlətimizin başçısının təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının növbədənkənar sammitinin keçirilməsi, pandemiyaya qarşı mübarizə üçün müəyyən təşəbbüslərin irəli sürülməsi və ən əsası BMT-nin Baş Assambleyası çərçivəsində müzakirələrin başladılması Azərbaycan diplomatiyasının uğuru hesab olunmalıdır. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assembleyasında COVID-19 əleyhinə vaksinlərə universal çıxışın təmin olunması üçün qətnamə qəbul edildi. Bu qətnamənin qəbulundan əvvəl, sentyabrın 24-də Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasında çıxışında “vaksin millətçiliyini” sərt tənqid edərək, zəif inkişaf etmiş ölkələrin hələ də kifayət qədər vaksin əldə edə bilməməsindən narahatlığını ifadə edib. Qeyd edək ki, dünya ictimaiyyətini bu məsələdə daha diqqətli olmağa çağırmaqla bərabər, ölkəmiz özü də bu yöndə addımlar atıb, 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edib, pandemiya ilə mübarizədə əziyyət çəkən 30-dan artıq dövlətə maliyyə və humanitar yardım göstərib, vaksin təminatına dəstək olub. Bu uğurlu fəaliyyətin nəticəsidir ki, Azərbaycan qısa müddət ərzində Qoşulmama Hərəkatına üzv ölkələrin etimadını və hörmətini qazana bildi. Bu etimadın sayəsində ölkəmizin Hərəkata 2019-cu ildən davam edən sədrliyi bir il də uzadıldı. Bütün bunların nəticəsidir ki, hazırda ölkəmizdə virusa yoluxanların, onun qurbanına çevrilənlərin sayı dünya statistikasının çox aşağısındadır. Dünyanın üz-üzə qaldığı, ən qüdrətli hesab olunan dövlətlərin belə qarşısında davam gətirə bilmədiyi bu virusun fəsadları ilə indiyə qədər ən ciddi mübarizə aparan ölkələr sırasında Azərbaycanın adı daim müsbət mənada fərqlənməkdədir. Birmənalıdır ki, pandemiya üzündən inkişaf etməkdə ölkələrdə ölənlərin sayı daha böyük rəqəmlərlə ölçülür. Bu, bilavasitə dünyadakı vaksin ədalətsizliyi ilə bağlı olan məsələdir. Çünki vaksinlər ədalətli bölünsəydi insan itkisi daha az olardı.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Azərbaycanın qlobal humanitar missiyası
Azərbaycanın beynəlxalq arenada nüfuzu yüksəlməkdə və qlobal məsələlərin həllində rolu artmaqdadır. “44 günlük müharibədən sonra yaranmış yeni reallıqlar kontekstində bu daha aydın müşahidə olunur. Həm pandemiya ilə mübarizə, həm də qlobal əhəmiyyətli bəzi digər problemlərin həllində ölkəmiz çox önəmli təşəbbüslərlə çıxış edir. “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi verib. Bundan başqa, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı edilib. 2020-ci ildə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması, ötən il BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamənin qəbulu pandemiya ilə qlobal mübarizəyə verilən töhfələrdir. Bir neçə ay öncə isə COVID-19 peyvəndləri ilə bağlı Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT-yə üzv dövlətlər tərəfindən qəbul edildi. Bu sənədə 126 dövlətin qoşulması Azərbaycanın irəli sürdüyü təşəbbüslərin dünya üçün əhəmiyyətinin, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Müasir dövrdə təhlükəsizlik məsələsinin qlobal miqyasda böyük əhəmiyyətə malikdir. Azərbaycan region ölkələri və xalqlarının rifahı, təhlükəsizliyi və inkişafına xidmət edən siyasət yürüdür. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan koronavirus pandemiyası kimi qlobalmiqyaslı problemlərə və çağırışlara qarşı mübarizənin ön cəbhəsinə yer alır. Dövlət başçısı İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində də qeyd etdiyi kimi, Azərbaycan bu siyasətini gələcəkdə də davam etdirəcək. Beynəlxalq təşkilatlarda aktiv iştirak Azərbaycanın xarici siyasətində son illərdə əsas prioritetlərdən biri olaraq qalacaq.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi

Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin “peyvənd millətçiliyi”nə qarşı mübarizəsini təqdir edir

Dünya hələ də qlobal pandemiya bəlasından qurtulmayıb. Hətta bəzi mütəxəssislərin proqnozları deməyə əsas verir ki, bununla bağlı qarşıdakı dövrdə bəşəriyyət daha ciddi problemlə üzləşə bilər. Belə ki, dünya əhalisi vaksinasiya ilə COVID-ə qarşı kütləvi immunitet qazanmayana qədər epidemioloji vəziyyət gərgin olaraq qalacaq. Epidemioloji vəziyyətin belə olması isə dünya əhalisinin normal həyata dönməsinin hələ də mümkün olmadığını göstərir.
Ötən müddət ərzində koronavirus pandemiyası daha da artaraq yoluxma sayını və arealını ağlasığmaz miqyasda böyüdüb. Tibb elmi də sübut edir ki, koronavirusun daha geniş yayılmasının qarşısının alınması, eləcə də təsirinin azaldılması istiqamətində aparılan mübarizədə vaksinasiyanın mühüm rolu var. Yalnız peyvənd sayəsində dünya əhalisi koronavirusa qarşı kütləvi immunitet qazana və COVID-19 bəlasından qurtula bilər.
Amma peyvəndlənmənin bərabər şəkildə həyata keçirilməməsi, “peyvənd millətçiliyi” buna imkan yaratmır. Bu da reallıqdır ki, dünyada bütün ölkələrin koronavirusa qarşı peyvəndə əlçatanlığı bərabər səviyyədə deyil. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi hər zaman bu hala qarşı çıxıb və bu məsələdə ədalətin bərqərar olunmasını tələb edib. Hətta bu məqsədlə 80-ə yaxın ölkəyə yardımlar da edib.
Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdəndir. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsi və təşəbbüsləri dünya tərəfindən dəstəklənir

“Azərbaycan dünyanın az saylı dövlətlərindəndir biridir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görüb, həyata keçirilən düzgün strategiya nəticəsində istədiyinə nail olub. Ona görədir ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkə hesab olunur”.
COVID-19 pandemiyasının bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam etməsinə baxmayaraq, Azərbaycan hökuməti əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirib: “Azərbaycanda pandemiyanın ilk günlərindən COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2.7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib. Pandemiya zamanı məşğulluğa, sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilib. Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyi göstərilib. Həmçinin 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığı təmin edilib. Aztəminatlı işsiz şəxslərə aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edilib, 90 min ödənişli ictimai iş yerləri yaradılıb, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailəyə kiçik təsərrüfatlarını qurmasına şərait yaradılıb, 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə, 100 minədək aztəminatlı ailə ərzaq yardımı ilə, 20 minədək şəxs işsizlikdən sığorta ödənişi ilə əhatə olunub. Onu da qeyd etmək yerinə düşər ki, ilk sərt karantin zamanı 15 mindən çox tənha yaşlıya sosial xidmətlər göstərilib. Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb və bu işə 10 milyon manat ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödənilib və buna da 40 milyon manat xərclənib. Bütün bu tədbirlərin ümumiləşdirilmiş təhlili onu deməyə əsas verir ki, Azərbaycan dünyada sosial öhdəliklərini vaxtında tam yerinə yetirən yeganə ölkələrdəndir. Hazırda isə ölkəmizdə peyvəndləmə kampaniyası gedir və bu gün hər 100 nəfərə istifadə edilmiş vaksin dozalarının həcmi 80 faizdən artıqdır”.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Prezident İlham Əliyev COVID-19-dan sonrakı dövr üçün BMT-nin qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edir

Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb, ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb və bütün bu fəaliyyət Azərbaycanın özünün maliyyə resursları hesabına həyata keçirilib: “Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb. Bunu BMT-nin, ÜST-ün rəhbərliyinin açıqlamalarından da görmüşük. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərib. Eləcə də Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarı olduğunu bütün addımlarında nümayiş etdirib. Bu mənada, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan bir sıra qlobal təşəbbüslər irəli sürüb. Azərbaycan dəfələrlə açıq şəkildə “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını ifadə edib. Məhz, bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib”.
“Bu dəfəki sessiya çərçivəsində də Azərbaycan BMT Baş Assambleyasında “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar qətnamə layihəsini irəli sürməyi planlaşdırır. Prezident İlham Əliyev COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımların atılması üçün BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib: “Ümumiyyətlə, bütün addımlarına və tədbirlərinə görə Azərbaycan hər zaman olduğu kimi pandemiyaya qarşı mübarizədə də beynəlxalq məsuliyyətini dərk edən, qlobal humanist və təşəbbüskar ölkə mövqeyindən çıxış edir, COVID-19-a qarşı mübarizədə dünyanın bir çox ölkələrinə nümunə hesab olunur”.

Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri

Vaksinasiya ilə yanaşı, tələb olunan qaydalara əməl etmək də çox vacibdir

Koronavirus pandemiyası Azərbaycanda da təhlükəli mənbəyə keçib, yoluxma və ölüm sayında artım davam edir. Digər ölkələrlə müqayisədə yoluxmanın artması Azərbaycanda bir qədər gec başlayıb, lakin son günlərin statistikası onu deməyə əsas verir ki, ölkəmizdə xəstəliyin növbəti alovlanma dövrü başlayıb. Bir müddətdir ki, əlaqədar qurumlar bununla bağlı həyəcan təbilini çalır”. Deputat qeyd edib ki, 2020-ci ildən başlayaraq, bütün dünya dövlətləri, o cümlədən Azərbaycan COVID-19 virusuna qarşı ciddi mübarizə aparır: “Azərbaycan ötən dövr ərzində əhalinin sağlamlığını qorunmaq üçün bütün lazımi tədbirləri həyata keçirir. Hətta 2021-ci ilin yanvarın 18-dən başlayaraq, ölkəmizdə vaksinasiya prosesi həyata keçirilməyə başlanıldı. Beləliklə, vaksinasiyanın sürətlə həyata keçirilməsi nəticəsində 2021-ci ili yaz aylarından etibarən yeni növ koronavirus infeksiyasına yoluxanların sayında kəskin azalmanın şahidi olduq ki, bu da bir sıra sahələrdə yumşalmalara gətirib çıxardı. Xüsusilə də Operativ Qərargah tərəfindən müəyyən qaydalar çərçivəsində toy şənliklərinin keçirilməsinə də icazə verildi. Ancaq təəssüflər olsun ki, bu cür yumşalmalar zamanı vətəndaşlarımız məsuliyyət hissini itirdilər, ötən ildəki çətin vəziyyəti unutdular”.
Koronavirus infeksiyasına yoluxmuş bəzi vətəndaşlar var ki, immunitet sertifikatı alırlar. Onların da xəstəliyin sonrakı 6 ayı tamam olduqdan sonra mütləq şəkildə vaksin olunması vacib şərtdir. Çünki pandemiyadan qorunmağın yeganə yolu məhz vaksinasiyadır. Vaksinasiya kütləvi şəkildə həyata keçirilərsə, onda yoluxma sayında azalmanın şahidi olarıq. Vaksinasiya ilə yanaşı, bütün qaydalara mütləq şəkildə riayət olunması çox vacibdir”.
Sərt karantin rejiminin tətbiq olunmaması üçün qapalı və açıq yerlərdə maska taxılması, sosial məsafənin gözlənilməsi tələb olunur: “Xəstəliklə mübarizənin yeganə yolu qoyulan qaydalara və tələblərə əməl etmək, öz sağlamlığının qayğısına qalmaqdır. Biz birlikdə bu xəstəliyin də öhdəsindən gələcəyik”.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

BMT-nın aparıcı rolu

25 fevral 2022-ci il tarixdə BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlər adından videoformatda çıxışı təqdim olub. Cənab Prezident çıxışında bir şox mühüm məsələlərə öz münasibətini bildirmişdir. Bildirilmişdir ki, COVİD-19 ilə mübarizədə, onun nəzarət altında saxlanılması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundemental rolu olmuş və Ümumdünya Səhiyyə Təşkilatının səyləri əvəzolunmazdır. Bu istiqamətdə Qoşulmama Hərəkatının fəaliyyəti yüksək qiymətləndirilmişdir. Cənab Prezident qeyd etmişdir ki, “Pandemiya başlandığı dövrdən Qoşulmama Hərəkarı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal səfərbər edərək , pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür.
2020 –ci ilin dekabrında BMT Baş Assambleyasının COVİD-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “ COVİD-19” pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür. Cənab Prezident Ilham Əliyev ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edərkən, bildirmişdir ki, Azərbaycan COVİD-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

Peyvəndlərin ədalətsiz bölgüsü

25 fevral 2022-ci il tarixdə BMT Baş Assambleyasında Cənab Prezident Ilham Əliyev ölkəmizdə COVİD-19 virusuna qarşı həyata keçirilən mübarizə istiqamətində görülən tədbirlərdən bəhs edərkən bildirmişşdir ki, ölkəmizdə peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvar ayında başlanıb. Bu günə kimi 18 yaşdan yuxarı əhalinin 68 faizinə peyvəndin iki dözası vurulub. COVİD-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəsdəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb. Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və hümanitar yardım göstərmişdir. Bununla bərabər, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdiriləcək. Hazırda ölkəmiz tərəfindən Qoşulmama Hərəkarına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir.
Cənab Prezident Qoşulmama Hərəkatının bu istiqamətdə təşəbbüslərini davam etdirəcəyini bildirərək demişdir: “ Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Bu mənada Hərəkatımız post-COVİD-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək”.

Şəhla Eminova –əməkdar müəllim

Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir

Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə təşəbbüsləri dünyada yüksək dəyərləndirilir. Qlobal arenada mühüm addımlar atan Azərbaycan yenidən dünyanın diqqət mərkəzindədir. Ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi dünyaya töhfələrini verməkdə davam edir. Ölkəmizin bu hərəkata üzvlüyü 2011- ci ildə reallaşıb. “Azərbaycanın Qoşulmama Hərəkatına 2019-cu ildən etibarən sədrlik etməsi isə quruma üzv dövlətlərin liderləri tərəfindən yüksək qiymətləndirilərək təqdir olunub. 25 fevral 2022-ci il tarixdə BMT Baş Assambleyasının “Universal peyvəndləmə üçün səylərin artırılması” mövzusunda keçirilən tədbir də mövcud situasiyaya görə xüsusi diqqət çəkib. “Prezident İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatına üzv dövlətlər adından videoformatda çıxışı COVID-19 ilə qlobal mübarizə, onun nəzarətdə saxlanılması, virusun yayılmasının qarşısının alınması, eyni zamanda, kasıb ölkələrə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rola malik olması baxımından mühüm önəm daşıyıb.
Pandemiyanın mövcud olduğu vaxtdan onunla mübarizənin aparılması kontektsində, eləcə də əməkdaşlıq və həmrəylik ruhunda Qoşulmama Hərəkatı bir sıra təşəbbüslərə yol açıb. Bu yöndə 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunan Xüsusi Sessiyanın reallaşması, habelə keçən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası, eləcə də Baş Assambleya tərəfindən qəbul edilən “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında, universal əlçatanlığın təmin edilməsi” nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülüb. Pandemiya dönəminin ən əhəmiyyətli məqamlarından biri də peyvənd bölgüsünün düzgün aparılması ilə əlaqədar olub. Ümumiyyətlə, koronavirus kimi dünyəvi bir problem qlobal yanaşma tələb edir. Bir çox ölkələrin gəlirləri az və ya orta səviyyədə qərar tutur. Bu da özlüyündə peyvənd tədarükünün aşağı olmasına gətirib çıxarır və nəticə etibarilə, hələ daha çox işlərin aparılmasına zəmin yaradır.

Kəmalə Əliyeva-Əlibəyli kənd tam orta məktəbin direktoru

Azərbaycanın qlobal humanitar missiyası

COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələr arasında mövcud bərabərsizlik qısa zaman kəsiyində beynəlxalq ictimaiyyətin pandemiyadan tamamilə xilasına mənfi təsir göstərir və prosesin uzanmasını şərtləndirir. Azərbaycan COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini yüksək dəyərləndirir. Ayrıca, bütün dövlətlərə buna ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə aşılayır. Bu məcrada Azərbaycan bütün ölkələr üçün COVID-19 peyvəndlərini məqbul qiymətə, bərabər, universal və zamanında əlyetənliyinin təmin edilməsinə xidmət göstərən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək dəyərləndirir və dəstəkləyir.
Pandemiyanın tezliklə aradan qaldırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün Qoşulmama Hərəkatı mütəşəkkil səylər göstərməkdə davam edir. Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması baxımından adekvat tədbirlərin reallaşdırılmasını uğurla həyata keçirir. Ölkəmizdə peyvəndləmə kampaniyasına 2021-ci il yanvar ayından başlanılıb. Hazırkı vaxta qədər respublika əhalisinin 68 faizinə peyvəndin hər iki dozası tətbiq edilib. Virusdan əziyyət çəkmiş əhali, eyni zamanda, sahibakarlıq subyektlərinin dəstəklənməsi istiqamətində bu ilin dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.
Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizədə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə yaxın ölkəyə maliyyə və humanitar yardım göstərib.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın