28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

SON DƏQİQƏ! Ağcabədi rayonu AVŞAR kənd sakinləri etiraza qalxdılar- FOTO/ VİDEO

SON DƏQİQƏ! Ağcabədi rayonu AVŞAR kənd sakinləri etiraza qalxdılar- FOTO/ VİDEO

Dovlət başçisi daim bolgələrdə kəndlilərin öz torpaq sahələrini əkib becərmək ücün butun mümkün şəraitin yaradilmasini göstəriş versədə versə də, bəzi məmurlar bu göstərişləri görməzdən gəlir və fəriqinə varmirmirlar ki, əslində dövlət başçisinin göstərişlərini heçə sayirlar ?! Belə məmurlardan biri də Ağcabədi rayon Su Təsərrüfatı və Meliorasiya idarəsinin rəhbərliyidir. Demək olar ki, Ağcabədi rayonunda adı su təsərufatından sorumlu olan  məmurlar kəndlilərə duşmən munasibəti bəsləyirlər. Kənd sakinləri ilə sohbətimiz zamanı bildirdilər ki, əkdikləri məhsulu suvara bilmirlər. Burdan belə bir sual yaranır, bəs Ağcabədi rayon Su Təsərrüfatı və Meliorasiya idarəsinin rəhbərliyi və sudan istifadə birliyinin rəhbərləri suyu hara axıdır? Kənd sakinlərinin dediklərindən belə başa düşdük ki, su heç hara axıdılmır, sadəcə kimin imkanı varsa onun əkin sahəsinə axıdılır. Təbii ki, müəyyən vəsaitin muqabilində. Hər halda bu yazımızdan sonra  yuxarıda adlarını qeyd etdiyimiz idarə rəhbərləri bir nəticə çıxaracaqlar, əks halda cənab Prezidentin dediyi kimi təmizləmə prosesi onlardan da yan keçməyəcək. Biz burdan Ağcabədi rayon icra  hakimiyətinin başçısına səslənirik. Hörmətli Rafil müəllim! Rəhbəri olduğunuz rayonun məmurlarının hansı oyundan çıxdıqlarından xəbəriniz yoxdursa biz dedik yəqin ki, bundan sonra xəbəriniz olar. Ölkə rəhbəri təmizləmə işinə başlamamış ümid edək ki, rayon rəhbəri olaraq siz özünüz təmizlik işinə başlayar, cənab Prezidentin tövsiyyələrini qulaq ardı edən məmurlarınız  və onlarla iş birliyində olanların haqqında ölçü götürərsiniz. Hörmətli Rafil müəllim! Unutmayın ki, hörmətli Prezidentimizin dedyi kimi, bu hallar nəzarətsizlikdən baş verir. Əlavə olaraq bildirmək istəyirik ki, döğrudanmı Ağcabədi rayonunda baş verənlərdən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri ZAUR RAUF OĞLU MİKAYILOVUN  xəbəri yoxdur?

Redaksiya olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın