19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Rusiya FTX Zelenskini ölümdən xilas etdi – Şok

  • DÜNYA
  • 04 Mart 2022
  • 1.607 BAXIŞ SAYI
Rusiya FTX Zelenskini ölümdən xilas etdi – Şok

Ukrayna Prezidenti Vladimir Zelenskiyə son bir həftə ərzində ən azı üç sui-qəsd olub.

Qafqazaz.com xəbər verir ki, bu barədə Britaniyanın “Tayms” nəşri yazıb.

Məlumata görə, Ukrayna prezidetini öldürmək üçün “Vaqner” və “kadırovçular”dan ibarət iki ayrı qrup göndərilib:

“Hər dəfə sui-qəsd cəhdlərinin qarşısı Ukrayna ilə müharibəyə qarşı çıxan Rusiya FSB-nin sayəsində alınıb. “Vaqner” muzdluları Kiyevdə çoxlu itki verdilər və ukraynalıların onları necə dəqiq izləmələrindən çox narahat idilər.

Zelenskinin təhlükəsizlik kəşfiyyatı onlar üçün dəhşətli olub. Həmçinin, şənbə günü Kiyev yaxınlığında çeçen muzdlulardan ibarət qrupun məhv edilməsilə digər sui-qəsdin qarşısı alınıb”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın