25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Bayden Zelenskiyə zəng etdi

  • DÜNYA
  • 06 Mart 2022
  • 1.930 BAXIŞ SAYI
Bayden Zelenskiyə zəng etdi

ABŞ Prezidenti Cozef Bayden Ukrayna lideri Vladimir Zelenskiyə zəng edib.

Qafqazaz.com  xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi bildirib.

Onun məlumatına görə, prezidentlər ABŞ-ın şərq sahili vaxtı ilə saat 18:18-dən 18:50-dək (Bakı vaxtı ilə saat 03:18-dən 03:50-dək) danışıblar.

Öz növbəsində, Zelenski tviter hesabında söhbət zamanı təhlükəsizlik məsələləri, Ukraynaya maliyyə dəstəyi və Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinin gündəmdə olduğunu bildirib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın