29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Mahir Emreli: “Xüsusi oyunda start heyətində meydana çıxmaq inanılmazdır”

  • İDMAN
  • 06 Mart 2022
  • 945 BAXIŞ SAYI
Mahir Emreli: “Xüsusi oyunda start heyətində meydana çıxmaq inanılmazdır”

“Belə bir oyunda start heyətində meydana çıxmaq inanılmaz hissdir”.

Qafqazaz.com-un məlumatına görə, bunu Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli evdə “Şibenik”ə 3:0 hesabı ilə qalib gəldikləri Xorvatiya I liqasının 26-cı tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Xorvatiya çempionatında debüt görüşünü dəyərləndirən 25 yaşlı hücumçu çoxdandır ilk “11-lik”də yer almadığını bildirib: “Bu, həm klub, həm də azarkeşlər üçün xüsusi oyun idi”.

Qeyd edək ki, ilk dəfə “Dinamo”nun heyətində start “11-liy”ində meydana çıxan Mahir Emreli 60-cı dəqiqədə əvəzlənib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın