25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İrəvan: Bakı ilə sülh müqaviləsi imzalamağı planlaşdırırıq

İrəvan: Bakı ilə sülh müqaviləsi imzalamağı planlaşdırırıq

Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyində dayanan prioritet məsələlərdən biridir.

Qafqazaz.com  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.

“Biz Ermənistan və bütün region üçün dinc inkişaf dövrünün başlanması strategiyasını qəbul etmişik. Bu istiqamətdə addımlar atmağa hazırıq. Digər tərəfdən, regional kommunikasiyaların açılması da hökumətin prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə də müxtəlif işlər görülür”, – o bildirib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın