19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Qarabağ” “Neftçi”nin tarixi rekordunu yenilədi

  • İDMAN
  • 07 Mart 2022
  • 949 BAXIŞ SAYI
“Qarabağ” “Neftçi”nin tarixi rekordunu yenilədi

“Qarabağ” Premyer Liqanın XVIII turunda “Qəbələ”ni 5:1 hesabı ilə məğlub edib.

Qafqazaz.com  xəbər verir ki, Ağdam klubu ölkə çempionatları tarixində 118-ci dəfə ev oyununda 3 və ya daha çox qol vurub.

Bu, 1992-ci ildən keçirilən yarışın tarixində yeni rekorddur. “Qarabağ” öz meydanında 117 dəfə məhsuldarlıq nümayiş etdirən “Neftçi”ni arxada qoyub.

Qeyd edək ki, ağdamlıların üç və ya daha çox qol vurduğu ilk ev oyunu 1992-ci il mayın 6-da baş tutub. 30 il öncə Kürdəmir “Şirvan”ı üzərində 6:0 hesablı qələbə əldə olunub.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın