25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Putinlə birbaşa danışıqlar müharibəni bitirə bilər” – Zelenski

  • DÜNYA
  • 10 Mart 2022
  • 1.876 BAXIŞ SAYI
“Putinlə birbaşa danışıqlar müharibəni bitirə bilər” – Zelenski

usiyanın Ukraynaya hücumlarının 15-ci günündə davam etdiyi bir vaxtda Ukrayna prezidenti Vladimir Zelenski Almaniya mətbuatına açıqlama verib.

Qafqazaz.com xəbər verir ki, Zelenski xarici KİV-ə müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyini deyib:

“Hər danışıqlarda məqsədim Rusiya ilə müharibəni bitirməkdir və mən bəzi addımlar atmağa hazıram. Təbii ki, barışıq olmalıdır, amma bu, ölkəmə xəyanət xəttində olmamalıdır. Həmçinin qarşı tərəf də buna hazır olmalıdır. Bu vəziyyətdən çıxmağın yeganə yolu budur. Detallar barədə danışa bilmərik. Hələlik prezidentlər arasında birbaşa əlaqəmiz olmayıb. Yalnız prezidentlər səviyyəsində danışıqlardan sonra bu müharibəyə son qoya bilərik”.

Rusiyanın Donbassda Donetsk və Luqanskın müstəqilliyinin tanınması və Krımın Rusiya torpaqlarında varlığının qəbulu kimi Rusiyanın irəli sürdüyü şərtlərdən danışan Zelenski, “Bunlar mənim verə biləcəyim qərarlar deyil”, – deyib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın