25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Putinin dostudur deyə, işdən çıxarırsınız – Ərdoğan

  • DÜNYA
  • 11 Mart 2022
  • 1.495 BAXIŞ SAYI
Putinin dostudur deyə, işdən çıxarırsınız – Ərdoğan

Krımla bağlı fikrimizi həmişə açıq şəkildə bildirmişik. Biz həm Rusiya Federasiyası, həm də ukraynalı dostlarımızla görüşlərimizdə hər zaman bu məsələni gündəmdə saxlamışıq.

Qafqazaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda deyib.

“2014-cü ildə bütün Qərb və bütün dünya Krımın işğalına qarşı səsini ucaltsaydı, bugünkü mənzərə ilə üzləşərdikmi? Amma Krımın işğalına susanlar indi nəsə deyirlər. Yaxşı, Yer kürəsinin müəyyən bir yerində ədalət etibarlı, digər hissəsində etibarsızdırmı? Bu necə dünyadır?

Biz müharibə deyil, birlikdə sülh dünyası qurmağa borcluyuq.

Baxın, Almaniyada orkestrin dirijoru Putinin dostudur. O, Putinin dostu olduğuna görə işdən çıxarılıb. Digər tərəfdən, dünyaca məşhur Dostoyevski nəşrləri başqa bir Avropa ölkəsində qadağan edilib. Bunu bilirsinizmi nə ilə müqayisə edirik: Bir vaxtlar İraqda Hülakü tərəfindən dağıdılmış kitabxanalar var idi, eynən o dövrə qayıdış kimi görürük. Biz yeni Hülakü istəmirik.

Ümidimiz odur ki, mötədillik və sağlam düşüncə qalib gəlsin, silahlar ən qısa zamanda susdurulsun. Biz sülh üçün Montrö daxil, əlimizdən gələni edəcəyik”, – Ərdoğan bildirib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın