25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Kremldə Ukraynaya görə çaxnaşma başlayıb: Putinin iki variantı qalıb…”- “Bellingcat”

“Kremldə Ukraynaya görə çaxnaşma başlayıb: Putinin iki variantı qalıb…”- “Bellingcat”

“Bildiyiniz kimi, Ukraynanı tez bir zamanda “denatsiifikasiyaya” və “demilitarizasiyaya” məcbur etmək üçün Kremlin “dahiyanə” planı iflasa uğradı. Mən “B” planını əldə etmək istərdim, amma o, yoxdur və bununla bağlı Kremldə (yaxud Altaydakı bunkerdə) çaxnaşma başlayıb”.
Qafqazaz.com  xəbər verir ki, bu fikirləri məşhur “Bellingcat”  beynəlxalq təhqiqat nəşrinin rəhbəri, beynəlxalq araşdırmaçı Xristo Qrozev “Navalnıy Live”  “YouTube” kanalına müsahibəsində ifadə edib.
“Vəziyyətdən sürətli çıxış olmayacaq, ona görə də Kremlin elitasının, xüsusi xidmət orqanlarının daxilində baş verənləri anlamaq vacibdir. Onlar indi qəbul ediblər və anlayıblar ki, “A planı iflasa uğrayıb.  Gözləmə rejimindədirlər. Dəyişikliklər hər gün baş verir, amma bu, yeni strategiyaya işarə etmir”, – deyə Qrozev Ukraynada baş verənlərlə bağlı öz baxışını açıqlayıb.
Qrozev müharibə ilə bağlı əvvəlki proqnozlarının özünü doğrultduğunu vurğulayıb. Rusiya maksimum 10 gün müddətinə hərbi əməliyyatların başa çatmasını nəzərdə tutan  “A planı”nı iflasa uğratdı və yeni plan yoxdur. Bunu itkiləri ödəyə biləcək və müharibəni eyni sürətlə uzada biləcək ikinci qoşun eşelonunun olmaması, həmçinin Ukrayna ərazisinə səpələnmiş hərbçilər üçün ərzaq, su və yanacaq təchizatının olmaması sübut edir.
“Mən Kremldə müharibənin bir-iki həftəyə davam edə biləcəyini göstərən vəziyyəti görmürəm. Dəyişiklik olacaq – amma sual olunur: hansı? ” -deyə beynəlxalq təhqiqatçı fikirlərini yekunlaşdırıb.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın