28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ukrayna ilə Rusiya arasında yaxın zamanda sülh sazişi imzalana bilər

  • DÜNYA
  • 15 Mart 2022
  • 2.222 BAXIŞ SAYI
Ukrayna ilə Rusiya arasında yaxın zamanda sülh sazişi imzalana bilər

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, Rusiya ilə sülh sazişi azı bir və ya iki həftə ərzində, ən geci isə mayda bağlana bilər.

Qafqazaz.com  bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

“Hazırda vəziyyət pisdir, indi və ya bir-iki həftə ərzində tez bir zamanda qoşunların çıxarılması ilə sülh razılaşması olacaq, qalan hər şeylə yaxın gələcəkdə razılaşacağıq – bir və ya iki həftə və ya mayın sonunadək ola bilər, növbəti raunddan sonra”, – Aretoviç bildirib.

Qeyd edək ki, martın 14-də Rusiya və Ukrayna arasında onlayn danışıqların dördüncü raundu başlayıb. Lakin sonra Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ilə danışıqlarda martın 15-dək texniki fasilə verildiyini bildirib.

Artıq Rusiya və Ukrayna tərəfləri arasında danışıqların üç raundu keçirilib. Son görüşdən sonra Ukrayna tərəfi bəyan edib ki, humanitar dəhlizlər məsələsində müsbət irəliləyişlər var, lakin hələlik Ukraynada vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq heç bir nəticə yoxdur. Öz növbəsində Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqların növbəti raundundan gözləntilərin özünü doğrultmadığını qeyd edib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın