25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

NATO bizə açıq şəkildə desin: “Hə”, ya “Yox”? – Zelenski

  • DÜNYA
  • 21 Mart 2022
  • 1.938 BAXIŞ SAYI
NATO bizə açıq şəkildə desin: “Hə”, ya “Yox”? – Zelenski

Əgər Ukrayna NATO-ya qəbul edilsəydi, Rusiya bu ölkəni işğal etməzdi.

“Qafqazaz” xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Əgər biz NATO üzvü olsaydıq, müharibə başlamazdı. Mən ölkəm üçün, xalqım üçün təhlükəsizlik zəmanəti almaq istərdim. Əgər NATO üzvləri bizi Alyansda görməyə hazırdırsa, dərhal qəbul edin, çünki insanlar hər gün ölür”, – Zelenski vurğulayıb.

Zelenski alyans rəhbərliyindən etdiyi xahişi də paylaşıb:

“Ondan xahiş etdim ki, NATO-nun Ukraynanı bir, iki və ya beş ildən sonra qəbul edəcəyini birbaşa dilə gətirsin və ya sadəcə olaraq açıq şəkildə “yox” desin”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın