20.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Belarus ordusu Ukraynaya girə bilər – NATO

  • DÜNYA
  • 22 Mart 2022
  • 1.988 BAXIŞ SAYI
Belarus ordusu Ukraynaya girə bilər – NATO

NATO hesab edir ki, Belarus yaxın günlərdə Ukraynadakı müharibəyə qoşula bilər.

Qafqazaz.com xəbər verir ki, bu barədə adı açıqlanmayan NATO rəsmisi CNN-ə deyib.

Mənbənin sözlərinə görə, Belarus artıq tanmiqyaslı hücumda iştirak üçün müəyyən addımlar atır.

“Məsələ onda deyil ki, Lukeşenko nə istəyir; sual budur ki, Putin regionda daha bir ölkədə qeyri-stabillik istəyirmi?” – mənbə bildirib.

NATO-nun kəşfiyyat məmuru Belarus hakimiyyətinin artıq Ukraynaya hücuma haqq qazandırmaq üçün hazırlıqlara başladıqlarını da deyib. Bunun üçün bəhanə isə NATO-nun Ukraynaya külli miqdarda silah yardımı olacaq.

Belarus müxalifətindəki mənbə isə Belarus ordusunun artıq yaxın günlərdə Ukraynaya girmək üçün hazırlaşdığını iddia edib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın