29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

FHN su basmış ərazilərlə bağlı görüntülər yaydı – Video

FHN su basmış ərazilərlə bağlı görüntülər yaydı – Video

İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Qafqazaz.com-a verilən məlumata görə, gün ərzində nazirliyin qüvvələri tərəfindən Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində və Cəlilabad rayonunun Göytəpə şəhərində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın