29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alındı – Foto

  • DÜNYA
  • 22 Mart 2022
  • 1.810 BAXIŞ SAYI
Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alındı – Foto

Ukrayna Prezidenti Vladimir Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb.

Bu barədə Qafqazaz  xəbər verir.

Məlumata görə, Ukraynanın hərbi əks-kəşfiyyat xidmətinin əməkdaşları Ujqorod şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) agentinin başçılıq etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini saxlayıblar.

Qeyd edilir ki, 25 nəfərlik qruplaşmanı FTX-nin agenti yaradıb. Onlar silahla və nəqliyyat vasitələri ilə təchiz edilib. Qrup üzvləri Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırıb.

Silahlıları Rusiya qoşunlarının bölgüsü adı altında Kiyevə köçürmək və hökumət məhəlləsində cinayət əməlləri həyata keçirmək planlaşdırılırmış.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın