25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları görüşüb

İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları görüşüb

Prezident İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları görüşüb.

Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir

Bu gün Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir.
Bu işin davamı kimi 44 günlük müharibə nəticəsində azad olunmuş torpaqlarımızdada idmanın inkişafına xüsusi önəm veriləcəkdir. Bu fikirləri ölkəmizin Prezidenti cənab İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.
Yaxın gələcəkdə Qarabağda digər infrastrukturların inkişafı kimi idman meydançalarının, olimpiya komplekslərinin tikintisi başlanılacaqdir.Qarabağ idmançıları beynəlxalq arenada öz sözlərini deyəcəklər.
Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır.Ölkə başçımız çıxışında bu mühüm məqamlara toxunaraq hər bir vətəndaşın müntəzəm olaraq idmanla məşğul olmasını tövsiyə etmişdir: “Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq. Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcəkdir”.
Biz təhsil işçiləri prezidentimizin bu tövsiyyələrini öz fəaliyyətimizdə rəhbər tutaraq gənclərimizdə idmana böyük həvəs yaratmalıyıq.

Babək Mikayılov-Zərdab rayon Çallı kənd tam orta məktəbin direktoru

 

Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir

Azərbaycan xalqının tarixi qədim olduğu kimi, idmanın inkişafı da uzaq keçmişdən başlayır. Bu gün Azərbaycan idmanı inkişaf səviyyəsinə görə dünyanın aparıcı ölkələrindən biri kimi tanınır. İdmançılarımızın istər komanda, istərsə də fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirir. İdmanda böyük nəticələr güclü hazırlıq tələb edir və hazırlıq prosesi üçün müasir tələblərə cavab verən infrastruktur yaradılmalıdır. Hər bir dövlətin strateji məqsədi sağlam cəmiyyət yetişdirməkdir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Dövlətimiz tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki bu formalaşdırılmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdirilməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır.
Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi günün tələbləri səviyyəsində inkişaf etdirilir. Hər bir vətəndaş – həm böyüklər, həm də gənclər idmanın kütləviləşməsi işinə öz töhfəsini verməyə çalışmalıdır. Azərbaycanda idman növləri arasında güləş xüsusi yer tutur. 7-13 mart 2022-ci il tarixlərdə Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları hər üç güləş növü üzrə ümumilikdə 16 medal qazanaraq ümumi sıralamda birinci yerə layiq görülmüşlər. Prezidentimiz cənab İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələr fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.

Aliya Rüstəmova-Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi

 

Xalqımızın ürəyində qisas hissi həmişə var idi

Qonşu dövlətlər hesabına yeni ərazilər əldə etməklə ermənilərin “dənizdən dənizə Böyük Ermənistan” yaratmaq kimi mənfur məqsədlərinin həyata keçirilməsi 100 ildən çoxdur ki , Qafqazın inkişafına və təhlükəsizliyinə ciddi maneələr törədirdi. Bu günə qədər Azərbaycanın İrəvanı, Göyçəsi , Zəngəzuru hesabına özləri üçün dövlət yaratmış ermənilər ,həm də 30 ildən artıq müddət ərzində Dağlıq Qarabağ və 7 ətraf rayonumuzu işğal altında saxlamışdır.
Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə çox mürəkkəb şəraitdə ordu quruculuğuna başladı.Onun layiqli davamçısı olan ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi altında uzun müddətdir ki, işğal altında olan torpaqlarımızı geri qaytardıq.27 sentyabr 2020-ci il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqı Ali Baş Komandanı ətrafında birləşərək, 44 günlük haqq savaşını Zəfər qələbəsi ilə başa çatdırdı. Bu müddət ərzində bütün müharibə qanunlarına riayət edərək Ermənistanın işğal etdiyi 20 faiz tarixi torpağımızı azad etdik. Bu bizim uzun illərdən bəri ürəyimizdə olan alovu söndürdü. Bu alov qisas hissi ilə yanırdı. Yanırdı ona görə ki, ermənilər həmişə ayaqyalın, silahsız, köməksiz vəziyyətdə olan qocalarımıza, qadınlarımıza, uşaqlarımıza qarşı soyqırımlar törətmişdirlər. Bizim Vətən oğullarımız bu qısası döyüş meydanında aldılar. Vətənimizin bütöv olması üçün qəhrəman oğullarımız canlarından keçdilər. Xalqımız Qəhrəman Vətən oğulları ilə hər zaman fəxr edir.
Biz və bizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəklər. Biz Qarabağı düşməndən azad edən, oranı yenidən canlandıran xalqın vətəndaşlarıyıq.

Xəyalə Abdulxalıqova-Zərdab rayon Qaravəlli kənd tam orta məktəbinin tarix müəllimi

 

Azərbaycanda idmanın inkişafı dayanıqlı xarakter alır

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır.Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman uğurlarımızın qarşıdakı illərdə də davam edəcəyinə inam böyükdür.
Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı. Xüsusilə qeyd etmək lazımdır ki, 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Əlbəttə ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri hesab olunur. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla həmahəngdir.
Bu gün Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.
Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədidir. Əlbəttə ki, dövlət vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Təbii ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır.
Ölkə başçımızın idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.

Dayangül Vəliyeva-Zərdab rayon İsaqbağı kənd tam orta məktəbinin direktoru

 

 

Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar

Ölkəmizin bütün sahələrinə dövlət dəstəyi əhatəli şəkildə hiss olunur. Gənclər siyasəti və idman sahəsi də xüsusən ön sıralarındadır. Prezidenit cənab İlham Əliyevin rəhbərliyi və qaygısı sayəsində idman hərəkatı respublikada geniş vüsət almış, geniş idmançı ordusu yaradılmışdır. Demək olar ki, ölkəmizin hər yerində, hətta ucqar bölgələrmizdə belə, dövlətimizin başçımızın təşəbbüsu və tapşırıgı əsasında son dərəcə müasir Olimpiya İdman Kompleksləri tikilərək idmançıların ixtiyarına verilmişdir. Göstərilən qaygının məntiqi sonlugi olaraq Azərbaycan idmançılarının beynəlxalq uğuru göz önündədir. Mötəbər turnirlərdə möhtəşəm uğura imza atan gənclərimizin, peşəkarlarımızın səsi dünyanın hər yerindən eşidilir. Belə ki, bir neçə gün öncə Bolqarıstanda gerçəkləşən Avropa çempionatında gənc güləşçilərimizin  ölkəmizi layiqli şəkildə təmsil edərək böyük uğur qazanmaları bunun təsdiqidir. İdmançılarımız  adıcəkilən yarışda 7-si qızıl olmaqla, ümumilikdə 16 medal qazanmışlar. Şübhəsiz ki, nüfuzlu Avropa yarışmasında birinciliyə yüksəlmək böyük tarixi nailiyyətdir.
Bu gün idmançılarımız beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edir. Halbuki 30 ilə yaxın idi ki, istər siyasi, istərsə də idman arenalarında məglub ölkə kimi təmsil olunurduq. Cənab Prezidentimizin qeyd etdiyi kimi, sübut edirdik ki, biz beynəlxalq yarışlarda göstərdiyimiz məharət, güc və iradəni döyüş meydanında da nümayiş etdirə bilərik. Bu, Vətən müharibəsində sübuta yetirildi. Beləliklə, hazırda qalib ölkənin qalib Siyasətçisi, qalib idmançıları ilə qələbənin xoşbəxtliyini yaşayırıq. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütün arenalarda davamlı olaraq zəfər bizimlədir, bizimlə olacaq.

Əvəz Soltanov- Zərdab rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi

 

Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir

Prezident cənab İlham Əliyevin bir neçə gün əvvəl 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən həmşə olduğu kimi nitqi xalqımız və respublikamızın idman ictimaiyyəti tərəfindən maraqla qarşılandı. Azərbaycan idmanında güləşin xüsusi yerə və önəmə malik olduğunu qeyd edən dövlət başçımız ölkəmizin daim bu sahədə ön sıralarda olduğunu qeyd edərək: “Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş bizim milli idman növümüzdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Bizim bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir”. Günün realığıdır ki, beynəlxalq idman qurumları Azərbaycana çox böyük ehtiramla yanaşırlar. Avropa və  İslam Həmrəyliyi Oyunlarının, eləcə də digər nüfuzlu beynəlxalq yarışların ölkəmizdə keçirilməsi bunun təsdiqidir. Göstərilən etimadı doğruldan respublikamız adları çəkilən yarışları yüksək və nümunə olacaq səviyyədə təşkil edərək idmana, sağlam həyata bağlı bir ölkə olduğunu ortaya qoydu. Beynəlxalq və Avropa Olimpiya komitələri ilə sıx əlaqələrimiz ölkəmizdə idmanın inkişaf tempinə müsbət mənada təsiri də göz önündədir.
Şübhəsiz ki, güləş ənənələrinə sadiq, onu layiqincə, təcrübəli şəkildə nəsildən- nəslə ötürə bilən  gənclərimiz Azərbaycanı bundan sonra da beynəlxalq arenada aparıcı güləş ölkələrindən birinə çevirəcək və nüfuzunu daha da artıracaq.

Kamal Xəlilov- Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı

 

Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən Azərbaycan idmanının inkişafından, əldə etdiyimiz uğurlardan danışaraq vətənpərvərlik, torpaq sevgisi və bunun fonunda 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi xüsusi vurğuluyaraq bildirmişdir ki, “Bu gün siz qalib gəlmiş ölkəni təmsil edirsiniz. Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək. Hər halda, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Mən bunu bilərək çalışırdım ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun. Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir”. Bu fikirlərini səsləndirən dövlət başçımız bu gün qalibiyyətimizin bizdə yaratdığı qürur hissini, qələbələrə çağırışlarını diqqətə çatdıraraq torpaqlarımızın işğalının səbəblərini də açıqlamışdır. Cənab prezidentimiz İlham Əliyevin çıxışlarının hər birində bu çağırış öz əksini tapır ki, həqiqətləri olduğu kimi bilməli və deməliyik. Ən əsası hər kəs bilməlidir ki, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.
Artıq bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Tarixi Zəfərimiz ölkəmizə qarşı münasibətlərdə böyük dəyişikliklərə yol açdı. Dünya haqqın, ədalətin kimin tərəfində olduğunu bir daha gördü və qəbul etdi. Hazırda informasiya mübarizəsinin getdiyi dövrdə 44 günlük Vətən müharibəsinin reallıqlarının qəbulu istiqamətində ciddi addımlar atılır. Bu gün idmançılarımız da qalib Azərbaycanı təmsil etməkdən sevinclidirlər. Həqiqətlərimizin təbliğinə öz töhfələrini verirlər.

Rəsulzadə Əlihüseyn – Gənc fəal

 

Azərbaycan gəncliyi vətənpərvər, müasir dünyagörüşünə malik gənclikdir

Bir ildən artıqdır ki, azadlığına qovuşmuş tarixi torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir. Cənab prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev mütəmadi olaraq bu ərazilərə səfərlər edərək görülən işlərlə yaxından tanış olur, soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrilməsi istiqamətində mühüm addımlar atılır. Bu gün yaşadığımız qürur hissi 44 günlük Vətən müharibəsini hər zaman yada salmağı bir zərurət kimi ortaya qoyur. Bu baxımdan ki, 44 gündə 30 ilin işğalına son qoyuldu. 44 gün özündə bir çox məqamları, çağırışları ehtiva etdi. 44 günlük İkinci Qarabağ müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar cənab prezidentimiz İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi. Cənab prezidentimiz nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və bu əminlik reallıqda əksini tapdı. 2020-ci ilin Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdi. Bu müharibə xalqımızın nə qədər məğrur, yenilməz olduğunu nümayiş etdirməklə yanaşı, vətənpərvərlik duyğularını, hər kəsin Vətəni öz canından daha çox istədiyini ortaya qoydu.
Azərbaycan gəncliyi vətənpərvər, müasir dünyagörüşünə malik gənclikdir. Ulu öndər Heydər Əliyev gənclərimizə milli ruhda tərbiyə olunmağa, milli-mənəvi dəyərlərimizi, dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi qorumağa çağırışlar edirdi. Ulu öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyev gənclər siyasətinidə yüksək səviyyədə həyata keçirir. Tarixinə, mədəniyyətinə, dilinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycanın gələcək nəsilləri Zəfər tariximizi vərəqlədikcə qürur duyacaq, torpaq, Vətən yolunda şəhidlik zirvəsinə yüksələn, yaralanan, böyük şücaət göstərən gənclərimizin həyat yolu vətənpərvərlik məktəbi kimi öyrəniləcək.

Nağıyev Abbas –Dəli Quşçu kənd sakini, ağsaqqal

 

İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb

Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Bu barədə cənab Prezident İlham Əliyev demişdir: ”Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman sahəsində nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbətdə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya  Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər”.
İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib, idman mərkəzləri uğurla fəaliyyət göstərir.
İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib.
Azərbaycanın idmanının tarixində ən mühüm hadisələrdən biri də ötən il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup görüşlərinin üç, dörddəbir finalın isə bir oyununun Bakıda keçirilməsi olub. Bakı bu mötəbər idman yarışına ev sahibliyi edən 12 Avropa şəhərindən biri kimi tarixə düşdü. Bu idman yarışı ölkəmizdə yüksək səviyyədə təşkil edildi.
Bu gün ölkəmizdə idman  və bədən tərbiyəsi təkcə  yeniyetmə və gənclər arasında deyil, həmdə yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəblər səviyyəsində inkişaf etdirilir. “Bədən Tərbiyəsi və İdman haqqında “ Qanun ölkəmizdə idmanın  həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistemliyini təmin edir. Qanunda göstərilir ki, bu sahədə dövlət siyasətinin məqsədi bədən tərbiyəsi və idmanın hüquqi bazasını, bədən tərbiyəsi və idmanın inkişafının təmin edilməsini, yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi-idman təşkilatlarını, uşaq idman müəssisələri sistemini yaratmaqdan ibarətdir.
Bütün bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bütünlükdə , ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir

Ölkəmizdə Gənclər və idman siyasəti prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində Olimpiya hərəkatı respublikada geniş vüsət alıb və geniş idman ordusu yaradılıb. Demək olar ki, ölkəmizin hər yerində, hətta ucqar dağ rayonlarda belə, dövlətimizin başçısının təşəbbüsü və tapşırığı əsasında ən müasir Olimpiya İdman Kompleksləri tikilərək idmançıların ixtiyarına verilib. Xüsusilə, işğaldan azad edilmiş torpaqlarımızda idman komplekslərinin yaradılması, məskunlaşmadan sonra isə gənclərin bu sahəyə dərindən bağlanmaları mühüm önəm daşıyır.
Göstərilən qayğının məntiqi nəticəsi olaraq Azərbaycan idmançılarının beynəlxalq uğuru göz önündədir. Mötəbər turnirlərdə möhtəşəm uğura imza atan gənclərimizin, peşəkarlarımızın səsi dünyanın hər yerindən eşidilir. Bu uğurların davamı olaraq bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Belə ki, qazanılan 16 medaldan 7-si qızıl medaldır.
Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərək bu münasibətlə idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik edən dövlətimiz başçısı deyib: “Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər”.
Prezident vurğulayıb ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə artan rəqabət şəraitində Avropada birinci olmaq böyük nailiyyətdir: “Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarsılayıblar”.
Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Bu barədə danışan ölkə başçımız çıxışında bildirmişdir: “Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar”.
Hazırda qalib ölkənin qalib ölkənin vətəndaşları olaraq ölkəmizin qalib idmançıları ilə qələbənin xoşbəxtliyini yaşayırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə davamlı olaraq zəfər bizimlədir.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Beynəlxalq idman arenalarında nümayiş etdirdiyimiz gücü, qazandığımız qələbələri döyüş meydanında da qazana, göstərə bilərik.

Bu gün Azərbaycan idmançıları yarışlara qalib ölkənin təmsilçiləri kimi qatılırlar. İdmançılarımızın tarixi Zəfərimizə qədər qatıldıqları yarışlarla bu günümüz arasında fərq diqqətçəkəndir. Bu baxımdan, yarışlara torpaqları işğal edilən ölkənin təmsilçisi kim qatılmaq daim bu çağırışı özündə ehtiva edirdi ki, gücümüzü, iradəmizi göstərməli və qalib olmalıyıq. Sübut etməliyik ki, beynəlxalq idman arenalarında nümayiş etdirdiyimiz gücü, qazandığımız qələbələri döyüş meydanında da qazana, göstərə bilərik. Azərbaycan bu illər ərzində gücləndi, qüdrətləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı və 44 gündə 30 ilin işğalına son qoyuldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Avropa çempionatının iştirakçıları ilə görüşündə bir daha tarixi Zəfərimizdə gənclərin vətənpərvərlik hissinin, torpaq sevgisinin əsas olduğunu vurğuladı: “Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir”.
Dövlətimizin başçısı qeyd edilən görüşündə diqqət göstərdiyi əsas məsələlərdən biri də dünyanın ikili siyasətinin yaratdığı problemlər oldu. Belə ki, dünyanın bir çox ölkələrində müharibələrin getdiyini və gedəcəyini vurğulayan ölkə Prezidenti bunun fonunda dünyaya ikili standartlara əsaslanan siyasətə son qoyulması çağırışını edir. İkili siyasətin nəticəsində mülki əhali böyük çətinliklərlə üzləşir, itkilər böyük rəqəmlərlə ifadə olunur. İşğalçı Ermənistanın timsalında ikili yanaşmanın yaratdığı problemlər aydın görünür. İkinci Qarabağ müharibəsində döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən ərazilərimizi raket atəşinə tutaraq mülki əhalinin qətlinə, yaralanmasına səbəb oldular. Bunlar dünyanın gözü qarşısında baş verdiyi halda, yenə də seyrçi mövqe davam etdi. Ermənistanın beynəlxalq hüquqa zidd hər bir addıma dünyanın göz yummasının 44 günlük Vətən müharibəsinə yol açdığı bəllidir. Dünyanın bəzi ölkələrində gedən müharibələrin fonunda beynəlxalq ictimaiyyət Azərbaycan xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini görür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, əlbəttə ki, idmançılarımız üçün əlavə bir stimuldur. Çünki böyük nüfuza malik olan ölkəni təmsil edirlər. Bugünkü və gələcək nəslin nümayəndələri artıq yarışlarda müzəffər ölkəni təmsil edirlər və hər zaman da belə olacaq. Çünki Qələbəmiz əbədidir. Qarabağı düşməndən azad edən, o torpaqlarda həyat yaradan, həyat quran xalqıq.
Zəfərimiz gücümüzü, qüdrətimizi, iradəmizi nümayiş etdirdi. Dəmir yumruq birliyimizin, gücümüzün təqdimatı oldu. Azərbaycan bundan sonra da yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək.

Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın