20.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Millət vəkili Jalə Əhmədova şəhid anaları ilə görüşüb-FOTO

Millət vəkili Jalə Əhmədova şəhid anaları ilə görüşüb-FOTO

Millət vəkili Jalə Əhmədova Qanunla.Az-a açıqlamasına bildirib ki,dünən, martın 22-də aprel şəhidlərinin anaları ilə görüşə şəhid analarının dəvəti ilə qatıldım. Aprel şəhidi Rəşid Baxşəliyevin anası Çimnaz xanımın evində baş tutan görüşdə şəhid analarının qayğıları ilə maraqlandım.
Qeyd etdim ki, şəhid ailələri, qazilər, müharibə veteranları və s. bu kateqoriyadan olan şəxslərin hər biri Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir.
Görüş zamanı, şəhid anaları övladları ilə bağlı xatirələrini bölüşdülər. Azərbaycan-Ermənistan təmas xəttində baş vermiş döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə onların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə müxtəlif orden və medallarla təltif olunmalarından, habelə dövlətin dəstəyindən danışdılar.
Xüsusi olaraq Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onlara göstərilən dəstəyə görə dərin təşəkkürlərini ifadə etdilər.
image-276123218_150360424112128_636959023671524717_nimage-276062407_150360460778791_8803742998574943562_nimage-276173662_150360497445454_1960215448891963144_n
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın