25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Astarada toyda qan töküldü

Astarada toyda qan töküldü

Astarada toyda dava düşüb, xəsarət alan var.

Qafqazaz.com xəbər verir ki, hadisə ötən gecə Astara şəhərindəki şadlıq evlərindən birində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Nəhmətulla Natiq oğlu Səfərli baş nahiyəsindən küt alətlə xəsarət alıb. Məlum olub ki, N.Səfərliyə xəsarət yetirən şəxs bibisi oğludur.

Onların hər ikisinin Lənkəran rayonu, Şıxəkəran kənd sakinləri olduğu və aralarındakı münaqişənin iştirak etdikləri qohum toyunda yenidən qızışdığı bildirilir.

N.Səfərli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın