29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Azərcell”in kontur və internet MAXİNASİYALARI…- Azercell-in prezidenti Zərinə Zeynalova şirkəti uçuruma aparır ?

“Azərcell”in kontur və internet MAXİNASİYALARI…- Azercell-in prezidenti Zərinə Zeynalova şirkəti uçuruma aparır ?

Əlin yağlıdırsa, bir az da öz başına çək, Zərinə Zeynalova…

Azercell-in prezidenti  Zərinə Zeynalova ABŞ-da konsert verə bilir, amma dillerlərin pulunu vermir…

70 min manata telefon nömrəsi satan şirkət vergidən necə yayınır ? 

Novruz  bayramı ilə bağlı mart ayının 20-də Azercell-in təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin dəstəyi ilə ABŞ-ın paytaxtında Novruz bayramı münasibətilə gənc musiqiçi və bəstəkar Xan Bəylinin konserti təşkil olunması ilə bağlı  xəbəri oxuyanda sözün düzü, məəttəl qaldım.
Düşünə bilərsiniz ki, niyə ?
Burada təəccüblü nə var ki ?
Ölkəmizin ən imkanlı, ən varlı mobil operatoru milli bayramımızla bağlı milyonlar xərcləyərək ABŞ-da millətimizi təbliğ edib.
Azercell  üçün milyonlar  dənizdə bir damla deməkdir. Amma…
Əmması odur ki, Azercell-in Azərbaycanda yüzlərlə dilleri var.
Bilməyənlər üçün  qeyd edək ki, dillerlər özləri ciblərindən pul verib obyekt icarəyə götürürlər, hər ay vergi ödəyirlər, işçi  saxlayırlar və digər xərclər. Və Azercell-in  telefon nömrələrini, konturlarını  vətəndaşlara sataraq cüzi qazanc əldə edirlər.
Azercell  isə  aylarla  dillerlərə olan borcunu ödəmir, dillerlər  icarə pulunu verə bilmirlər və s.
Və Azercell  dillerləri aldadır ki, “Rabitə naziri”  dəyişidiyi üçün  sizin pulunuzu verə bilmirik.
Adama deyərlər ki, rabitə nazirinin  bu məsələyə nə dəxli var…
Həə, indi qayıdaq Amerikada Novruz bayramı məsələsinə…
Deməli, Vaşinqtonun ən məşhur konsert zallarının birində baş tutan tədbirə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovanın dəvəti ilə Türkiyənin Vaşinqtondakı səfiri Murat Mercan, Qazaxstan Respublikasının səfiri Yerjan Aşıkbayev, Özbəkistan Respublikasının səfiri Javlon Vahabov, Amerikadakı Azərbaycan və müxtəlif xalqların diaspor üzvləri, eləcə də yerli qonaqlar qatılıb.
Açılış nitqi ilə çıxış edən Azercell-in prezidenti Zərinə Zeynalova şirkət tərəfindən həyata keçirilən bu tədbirin zəngin mədəni irsimizin, milli dəyərlərimizin beynəlxalq ictimaiyyətə tanıdılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. Zərinə xanım həm milli, həm də dünya musiqisinin müxtəlif çalarlarını öz əsərlərində əks etdirən gənc bəstəkar Xan Bəylinin fəaliyyətini yüksək qiymətləndirdiyini, öz ətrafında fərqli insanları birləşdirmək qüvvəsinə malik olduğunu qeyd edib.
Bax  bu yerdə Azercell-in prezidenti  Zərinə xanım Zeynalovaya bir sualımız var.
Zərinə xanım, nənəm deyərdi ki, əlin yağlıdırsa, BİR AZ  da öz başına çək.
Zərinə  xanım, ABŞ-da tədbir keçirməyə gücünüz çatırsa, niyə  yazıq, imkansız dillerlərinizin  pulunu vermirsiniz ?
Axı, həmin dillerlər sizin  şirkətin  hər ay yüzlərlə nömrəsini satır, minlərlə kontur kartınızı realizə edir.
Bəli, buna şübhəniz olmasın.
Bunu sizə sübut edə bilərik. Axı, Azərbaycanın hər rayonunda, hər kəndində terminal-zad yoxdur.
Amma sizin  hər kənddə istifadəçiniz var.
Bəli, siz öz müsahibənizdə deyirsiniz ki, 4, 7 milyon abunəçiniz var. Bunun ən azı 30 faizi  rayonlarda yaşayırlar, onları nömrə və konturla  dillerlər təmin edir.
Amerikada konsert verə bilirsən, amma Ağdaşdakı, Tovuzdakı dillerlərin pulunu vermirsən.
Yaxud  milyonlarla  istifadəçinin  konturunu itirə bilrsiniz…
Məlumat üçün qeyd edək ki, Azercell  Azərbaycanın ilk  mobil operatorudur.
Dəfələrlə millət vəkilləri parlamentin  tribunasından Azercell-in ünvanına  elə kəskin ifadələr işlədiblər ki…
Yəni  millət vəkilləri şirkəti kontur oğurluğunda, istifadəçiləri aldatmaqda ittiham ediblər.
Bu şirkətin ölkəmizin dövlət dilinə olan hörmətsizliyi barədə  nə qədər yazılıb, amma faydası yoxdur.
Cənab Prezident  İlham Əliyev dilimizin saflığı ilə bağlı  sərəncam imzalayır, amma  Azercell  şirkətinin koorporativ  bölməsində qeyri adi şriftlərdən istifadə olunur.
Bir sözlə, “Azercell”  Azərbaycanın dövlət dilinə və əlifbasına  sayğısızlıq nümayiş etdirir.
Bu barədə dəfələrlə deputatlar deyib ki, Azercell  Azərbaycan dilinin anasını ağladır.
Hətta deputatlardan biri deyib ki, dövlət dilimizə  hörmətsizlik etdiyinə görə,  Azercell-I  məhkəməyə vermək lazımdır.
Hətta  Azercell-in  qiymətləri, tarifləri də  cəmiyyətdə ciddi müzakirə olunur  və şirkət  tənqid edilir.
Azercell-in  “zerkalni”   nömrələrinin qiymətləri  isə  heç bir əndazəyə sığmır.
Təsəvvür edirsiniz, Azercell-in  70-80 min  manat  dəyərində  telefon mömrələri var.
Yaxşı bu nömrələrin satışından  dövlət büdcəsinə  NEÇƏ QƏPİK daxil olur..?
Deməli, vergidən yayınırsınız.
Bəli, mediada  dəfələrlə yazılıb ki, Azercell 051-777-77-77 nömrəsini 70 min manata satır
Təsəvvür edirsniz  70 min manata telefon nömrəsi.
Hətta hazırda həbsdə olan sabiq deputatlarımızdan  biri az öncə 211-lə başlayan telefon nömrəsini  satıb borclarını bağlamaq istəyirdi.
Bəli, Azercell  şirkəti  maxinasiyaların mənbəyidir.
Bir gün bunun haqq-hesabı sorulacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın