29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Taliban diplomatı ilk dəfə Rusiyada fəaliyyətə başladı

  • DÜNYA
  • 31 Mart 2022
  • 1.429 BAXIŞ SAYI
Taliban diplomatı ilk dəfə Rusiyada fəaliyyətə başladı

“Əfqanıstanın yeni hökumətinin ilk diplomatı Rusiyada akkreditə olunub”.

Qafqazaz.com  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Keçən ay yeni səlahiyyətlilər tərəfindən göndərilən ilk əfqan diplomatı Moskvaya gəldi və nazirliyimizdə akkreditasiya aldı”, – o, cümə axşamı Çinin Tunxi şəhərində Əfqanıstanın Qonşu Ölkələri Formatında Xarici İşlər Nazirlərinin Üçüncü Görüşünün iclasında bildirib.

Nazirin sözlərinə görə, “idarəçilik təcrübəsinin olmaması, maliyyə və iqtisadi məhdudiyyətlər, ABŞ və müttəfiqlərinin siyasi və diplomatik təzyiqlərinə baxmayaraq, Əfqanıstanın yeni administrasiyası, ümumilikdə, dövləti ayaqda saxlamağa nail olur”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın