29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ərdoğan Qazaxıstan prezidenti ilə DANIŞDI

  • DÜNYA
  • 04 Aprel 2022
  • 935 BAXIŞ SAYI
Ərdoğan Qazaxıstan prezidenti ilə DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

Qafqazaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Türkiyə-Qazaxıstan əlaqələrinin gücləndirilməsi istiqamətində atılan addımlar və regional hadisələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Bundan əlavə, Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsi səbəbindən Şərq-Qərb marşrutu üzrə Xəzər dənizindən keçən Orta Dəhlizinin inkişafına ehtiyacın artdığını qeyd edib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın