29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Avropa Liqasında 1/4 final mərhələsi heç-heçə ilə başlayıb

  • İDMAN
  • 07 Aprel 2022
  • 864 BAXIŞ SAYI
Avropa Liqasında 1/4 final mərhələsi heç-heçə ilə başlayıb

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.Qafqazaz.com xəbər verir ki,  açılış oyununda Almaniya “Leyptsiq”i İtaliya “Atalanta”sını qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə hesabı qonaqlar açıblar. Luis Muriel 17-ci dəqiqədə komandasını önə keçirib. Meydan sahibləri 58-ci dəqiqədə Davide Zappakostanın öz qapısına vurduğu qolla tarazlığı bərpa ediblər.

Komandalar arasında cavab matçı aprelin 14-də oynanılacaq.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın