25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Çexiya Ukraynaya tank göndərdi

  • DÜNYA
  • 09 Aprel 2022
  • 1.969 BAXIŞ SAYI
Çexiya Ukraynaya tank göndərdi

Çexiya Ukraynaya silah və hərbi texnika göndərib.

Qafqazaz.com  xəbər verir ki, bu barədə “Reuters” Çexiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Ukraynaya 5 ədəd T-72 tankı, 5 ədəd BMP-1 piyada döyüş maşını, o cümlədən haubitsa və çoxsaylı reaktiv yaylım atəşi sistemləri gəlib”, – Çexiya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.

Rəsmi əlavə edib ki, Çexiya, həmçinin Ukraynanı portativ zenit-raket kompleksləri ilə təmin edib. Üstəlik, Çexiya zədələnmiş Ukrayna avadanlıqlarını təmir etməyə hazırdır.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın