19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur

  • MANŞET
  • 09 Aprel 2022
  • 1.746 BAXIŞ SAYI
Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur

Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məqsədi ilə Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərin nəticələri bir daha təsdiqləyir ki, Avropa İttifaqı ölkəmizin müəllifi olduğu yeni geosiyasi reallığı qəbul edir və bu səpgidə kifayət qədər maraqlıdır. Aparılan müzakirələrdə ermənilərin iddia etdiyi “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, həmçinin fəaliyyəti ərzində onsuz da bir iş görməyi bacarmayan, ümumiyyətlə, buna cəhd göstərməyən ATƏT-in Minsk qrupuna istinadın olmaması mühüm faktdır. Təbii ki, münaqişənin başa çatması ilə Minsk qrupunun da mənası qalmayıb. Artıq Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm formalaşıb və proseslər Azərbaycanın milli maraqlarına tam cavab verir. Həmçinin Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır. Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Avropa İttifaqı Prezidentimiz cənab İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Prezidentimiz cənab İlham Əliyev ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, cənab Prezidentimizə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir. Hazırda Ermənistanda gedən müzakirələr də göstərir ki, cənab Prezidentimizin siyasi-diplomatik səyləri böyük səmərə verir, Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.

Zeynalov Səlim – Dəkkoba kənd tam orta məktəbinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın