25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Tərtərdə qoyun otaran şəxs MİNAYA DÜŞDÜ

Tərtərdə qoyun otaran şəxs MİNAYA DÜŞDÜ

Tərtərdə mina partlayışı olub.

 

Qafqazaz.com apa-ya istinadən xəbər verir ki, Goranboy rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Tərtər rayonu Çaylı kəndi ərazisində qoyun otararkən minaya düşüb.

Xəsarət alan E. Həsənov Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Yaralının hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Tərtər rayonunun Çaylı kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu piyada əleyhinə mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın