25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ukraynadakı müharibədə 176 uşaq həlak olub

  • DÜNYA
  • 09 Aprel 2022
  • 1.939 BAXIŞ SAYI
Ukraynadakı müharibədə 176 uşaq həlak olub

“Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada 176 uşaq ölüb, 324 uşaq isə yaralanıb”.

Qafqazaz.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları nəticəsində 500-dən çox uşaq xəsarət alıb.

Qeyd olunub ki, aprelin 8-də Donetskin Kramatorsk dəmir yolu vağzalına raket hücumu nəticəsində 5 uşaq ölüb, 15-i yaralanıb.

Baş Prokurorluqdan vurğulanıb ki, uşaqlar daha çox Donetsk (102 nəfər), Kiyev (91), Xarkov (76), Çerniqov (50), Nikolayev (40), Luqansk (35), Zaporojye (35), Xerson (29) vilayətlərində, Kiyev (16), Sumı (16), Jitomir (15) şəhərlərində xəsarət alıb.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın