28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən ,qaçarkən,10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı

İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən ,qaçarkən,10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı

İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən ,qaçarkən,10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı.

 

I Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olub qaçarkən ,10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdır.Erməni ordusu təkcə döyüş meydanında döyüş gedən ərazilərdə deyil,hətta dinc yaşayan əhalinin olduğu yerlərdə də təxribatlar törədir,insan qırğınlarına səbəb olurdular.Bunlara misal olaraq Gəncə,Bərdə və Tərtər şəhərlərinin bombalanmasını göstərmək olar.2020-ci ilin oktyabr ayında Gəncə şəhəri erməni silahlıları tərəfindən 5 dəfə ayrı ayrı zamanlarda bombalanmışdı.4,8,11,17 və 18 oktyabr tarixlərində baş verən bu bombalamalar nəticəsində ölənlərin sayı 27 nəfər,ağır yaralananların sayı isə 125 nəfər olmuşdur.Bu ağır hərbi cinayətdir.Möhtəşəm ordumuz uzun illərdən bəri işğal altında olan torpaqlarımızı azad etdikcə vəhşiləşən və acizliyini dərk edən erməni silahlı qüvvələri belə ağır cinayətə əl atıb,belə təskinlik tapırdılar.Baş verən hadisələr artıq bizi dost gözündə görən ölkələri də narahat edir.Türkiyə yenə də ilk olaraq qardaş kimi öz haqq səsini ucaltdı.Ölkənin Xarici İşlər Nazirliyi Gəncənin bombalanmı ilə bağlı bəyanat yaydı.Gəncənin bombalanması Pakistan səfiri də haq səsimizə səs verdi.Münaqişə zonasından xeyli uzaqda yerləşən Gəncə bombalanmasının dünya üzrə qəbul edilən bütün hüquq normalarına zidd olduğu hamıya elan olundu.Raket hücumları dinc əhaliyə yönəldiyindən BMT,Avropa ittifaqı və Türkiyə tərəfindən qətiyyətlə pislənmişdir,çünki bu Ermənistanın dövlət səviyyəsində terroru dəstəkləndiyini göstərir.
Növbəti terror aktı Bərdə də oktyabrın 27-nə təsadüf edir.Məğlub olmağa doğru getdiklərini heç cür sindirə bilməyən erməni qüvvələri yenidən öz çirkin niyyətlərini həyata keçirdilər.Hcumla çoxluğu başlığı BM_30 Smerch raketlərini əhatə etdi və nəticədə 27 dinc vətəndaşımızın  ölümü ilə nəticələndi.70-ə yaxın adam yaralandı,eyni vaxtlarda Bərdəni də atəşə tutmuşdular.Tərtər şəhərinin də bombalanması vaxraşırı olaraq ermənistan birləşmələri tərəfindən həyata keçirilirdi.Azərbaycan hakimiyyəti erməni qüvvələrinin 29 oktyabr tarixinədək Tərtər rayonu ərazisinə 15500 mərmi atdığını bildirir.Bombalar zamanı məktəblər ,xəstəxanalar ,dövlət binaları da daxil olmaqla ,mindən çox mülki obyekt ya ziyan görmüş,ya da məhv edilmişdir.Bütün bunlara biganə qalmayan Azərbaycan Prezidenti ,möhtərəm Ali Baş Komandan İlham Əliyevin səyi və siyasəti nəticəsində ,məhz bu hadisələr dünyaya yayılır və qəbirstanlar,dinc əhali yaşayan yerlərin atəşə tutulması qınanılır.
Bu günlərdə Ali Baş Komandanımız  öz çıxışında bildirdi ki,biz Xocalı qubanlarının intiqamını döyüş meydanlarında aldıq.Azərbaycan dövləti güclü dövlət kimi heç vaxt imkan verməz ki,bir daha erməni faşizmi baş qaldırsın,halbuki belə meyllər görünməkdədir.
Bəli,artıq gözəl Qarabağımızda sabitlik hökm sürür,düşmən tapdağı altında inləyən torpaq cana gəlir,hər tərəfi dağ çiçəklərinin ətri bürüyür,al-əlvan don geyinmiş bir sözlə ,doğma torpaqlarımızda həyat öz coşqun məcrasında davam edir.Cənnət Qarabağımız yeniləşən görkəmi ilə daha da gözəlləşir.Bütün gözəlliklərin geri qaytarılmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir,düzgün daxili və xarici siyasəti ilə Yeni Azəbaycan Partiyasına rəhbərliyi ilə müstəqil Azərbaycanı dünyaya tanıdan Ali Baş Komandanıma isə can sağlığı arzulayıram.Qoy həmişə Azərbaycanda günəş bərqərar olsun!!!

 

Zərdab şəhər 1 saylı məktəb liseyin tərbiyə işləri üzrə direktor müavini-Səliqə İsmayılova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın