05.12.2022 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Kolleclərə sənəd qəbulu davam edir

Kolleclərə sənəd qəbulu davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

DİM-in mətbuat xidmətindən Qafqazaz.com-a verilən xəbərə görə, ərizələrin qəbulu aprelin 25-dək internet vasitəsilə aparılır.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 25 aprel saat 23:59-dək davam edəcək.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan tanış olmaq mümkündür.

11 aprel saat 12:00-a olan məlumata əsasən 13713 (Azərbaycan bölməsi -13302; rus bölməsi – 411) abituriyent ərizəsini təsdiq edib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın