19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Malaşenko: Qərb Rusiyanı Qarabağda da çıxarmaq istəyir

  • DÜNYA
  • 11 Aprel 2022
  • 1.645 BAXIŞ SAYI
Malaşenko: Qərb Rusiyanı Qarabağda da çıxarmaq istəyir

Qərb və Rusiya yalnız Ukrayna münaqişəsində deyil, həm də Cənubi Qafqaz məsələlərində rəqabət aparırlar. Bu günlərdə baş verən prosesləri dönüş nöqtəsi kimi səciyyələndirmək də olar. Ermənistan-Azərbaycan münaqişəsinin həlli uğrunda rəqabət başlayıb və bu regionda kimin lider olacağını müəyyən edəcək.

Qafqazaz.com  xəbər verir ki, bu fikirləri erməni mətbuatına açıqlamasında rusiyalı politoloq Aleksey Malaşenko bölüşüb.

Onun sözlərinə görə, Qərb Cənubi Qafqazda Rusiya ilə hər cür əlaqələrdən qəsdən imtina edir, onu regiondan tamamilə çıxarmağa çalışır.

“Qərbin yaxın vaxtlarda Qarabağda Rusiya sülhməramlıları məsələsi ilə məşğul olması artıq bəllidir. Qərb siyasi isteblişmenti bu gün Rusiyanın mövqelərini müəyyən qədər zəiflətmək üçün hər şeyə hazırdır. Bu, hər iki tərəf üçün yeni və çətin bir vəziyyətə gətirib çıxaracaq. Ciddi mübarizə münaqişə tərəfləri arasında deyil, qlobal oyunçular arasında gedəcək. Qərb hesab edir ki, Rusiyanın diplomatik cəhətdən kənarlaşması məsələsini həll edib, indi hərbi kontingentləri ilə məşğul olmaq zamanı gəlib. İlk növbədə isə Qərb Qarabağdan sülhməramlıların çıxarılmasına nail olmağa çalışacaq. Yəqin ki, Rusiya da öz alətləri çərçivəsində fəaliyyət göstərəcək və bu da qeyd edək ki, manevr üçün kifayət qədər geniş bir məkandır”, – deyə Malaşenko qeyd edib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın