05.12.2022 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ronaldo “Qızıl top”u Kərim Benzemanın qazanmasını istəyir

  • İDMAN
  • 13 Aprel 2022
  • 1.002 BAXIŞ SAYI
Ronaldo “Qızıl top”u Kərim Benzemanın qazanmasını istəyir

Məşhur braziliyalı sabiq futbolçu Ronaldo bu mövsüm “Qızıl top”nu “Real Madrid”in oyunçusu Kərim Benzemanın qazanmasını istəyir. 

Qafqazaz.com  xəbər verir ki, 45 yaşlı keçmiş futbolçu bu barədə açıqlamasında danışıb.

“Bu mövsüm Çempionlar Liqasının qalibi olmaq üçün əsas namizəd təbii ki, “Real”dır. Dünyanın ən yaxşı mütəxəssislərindən biri Karlo Ançelotti “Real”ın baş məşqçisidir. Bu, onlar üçün böyük bir şansdır. Həm də “Real”ın Kərim Benzema kimi çox yaxşı futbolçusu var. Bunu illərdir deyirəm, yenə də deyəcəyəm: Benzema “Qızıl top”u qazanmağa layiqdir. Keçmişdə belə sözlər dediyimə görə məni tənqid etmişdilər. Amma Benzema möhtəşəm bir hücumçudur”, – o, qeyd edib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın