20.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Moskva” kreyserinin komandiri öldü

  • DÜNYA
  • 15 Aprel 2022
  • 1.662 BAXIŞ SAYI
“Moskva” kreyserinin komandiri öldü

“Moskva” kreyserinin komandiri həlak olub.

Qafqazaz.com xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko “Telegram”da bildirib.

Onun sözlərinə görə, “Moskva” kreyserinin komandiri Anton Kuprin gəminin göyərtəsində baş verən partlayış zamanı ölüb.

Ukrayna tərəfi “Neptun” gəmi əleyhinə raket sistemləri ilə Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurduğunu bəyan edib.

Rusiya Müdafiə Nazirliyi Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyserinin batdığını təsdiqləyib.

““Moskva” kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğından gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb”, – Rusiya MN-in məlumatında bildirilib

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın