29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki,qarşımızda duran vəzifələr icra edilmişdir

Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki,qarşımızda duran vəzifələr icra edilmişdir

Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki,qarşımızda duran vəzifələr icra edilmişdir.

Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı 2021-ci ildə nəinki pandemiyanın təsirlərini aradan qaldırmaqla bərpa olundu, hətta pandemiyadan əvvəlki həcmini üstələdi. 2021-ci ildə qarşıya qoyulan bütün vəzifələrə, o cümlədən iqtisadi artımın yüksək trayektoriyaya keçməsi, sosial rifah, azad olunmuş ərazilərdə quruculuq-bərpa işləri, milli təhlükəsizlik, regional və qlobal təşəbbüslərin uğurla davam etdirilməsi sahəsində uğurların şahidi olduq. 2022-ci ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Bu ilin üç ayında əldə edilmiş nailiyyətləri, keçən il əldə edilmiş uğurların məntiqi davamı kimi qiymətləndirmək lazımdır.Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilmişdir.Müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev bildirmişdir ki, postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. İlk növbədə, BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir – Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Əlbəttə ki, biz BMT-yə üzv olandan sonra işğalla üzləşdiyimiz dövrdə gördük ki, BMT, onun Təhlükəsizlik Şurası ədalətli qərarlar qəbul etmişlər. Əfsuslar olsun ki, bu qərarlar 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmışdır. Ancaq Qarabağ münaqişəsinin həlli, Azərbaycan tərəfindən birtərəfli həlli, eyni zamanda, BMT-nin üzərindən bu yükü götürmüş oldu. Şuşa şəhərində bu tədbirin xüsusi əhəmiyyəti var idi və təsadüfi deyil ki, Ermənistanda bu, növbəti panikaya, isterikaya səbəb olmuşdur.Digər aparıcı beynəlxalq təşkilatlardakı fəaliyyətimiz də uğurlu idi. BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bildiyimiz kimi, bütün üzv dövlətlərin razılığı və dəstəyi ilə bizim sədrliyimiz bir il daha da uzadıldı. Bu, bizə göstərilmiş böyük etimadın təzahürüdür. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir və müharibədən sonra bu istiqamətdə əlavə önəmli hadisələr baş vermişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.

 

Zərdab şəhər ümumi orta məktəbin biologiya müəllimiDəyanət Mehrəliyev

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın