28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qarşıda dayanan vəzifələrdə Böyük Qayıdışı təmin etmək üçün bütün addımların atılması  nəzərdə tutulub

Qarşıda dayanan vəzifələrdə Böyük Qayıdışı təmin etmək üçün bütün addımların atılması  nəzərdə tutulub

Qarşıda dayanan vəzifələrdə Böyük Qayıdışı təmin etmək üçün bütün addımların atılması  nəzərdə tutulub.

 

2022-ci ilin  birinci rübünün yekunlarına həsr olunan müşavirədə ölkə Prezidenti perspektivlərdən bəhs edərkən Azərbaycanın daha da güclənəcəyini, Ermənistanın isə inkişafının özündən və qonşu ölkələrlə münasibətindən asılı olduğunu bildirib: “Bugünümüzün əsas məsələsi sülh müqaviləsinin imzalanmasıdır. Bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, yeni əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılması və sair kimi mühüm addımların atılması üçün sülh müqaviləsinin imzalanması mütləqdir. Məlum olduğu kimi, aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş naziinin birgə keçirilən görüşündə sülh müqaviləsinin hazırlanmasına dair razılıq əldə olunub.”

Müharibədən dərhal sonra Azərbaycanın həyata keçirdiyi siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyəti, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələri, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr hazırkı reallıqlara gətirib çıxarıb: “Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşıda dayanan  bütün vəzifələr icra edilib. Azərbaycanın cari ilin ötən dövründə sosial-iqtisadi inkişafı qənaətbəxşdir. Ümumi daxili məhsulun 6,8 faiz artımı postpandemiya dövründə böyük nailiyyətdir. Qeyri-neft iqtisadiyyatı 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım 4 faizdir. Qeyri-neft sənaye istehsalında 18 faizdən çox artım var. Qeyri-neft ixracında 45 faiz artım mövcuddur.  Ordu quruculuğu sahəsində mühüm işlər görülüb. Dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycan müharibədən dərhal sonra hərbi sahəyə də böyük diqqət ayırıb. Müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalanıb və onların icrası həyata keçirilir.  Müdafiə Nazirliyində aparılmış struktur islahatları ordumuzu daha da gücləndirəcək və müasirləşdirəcək. İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq.”

Qarşıda dayanan vəzifələrdə   Böyük Qayıdışı təmin etmək üçün bütün addımların atılması  nəzərdə tutulub. Əsas məsələ görülən işlərin fonunda vətəndaşların məmnunluğunun artırılmasıdır.  İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin  miqyası, onların müasir tələblər səviyyəsində həyata keçirilməsi  bunu bir daha təsdiqləyir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin və qarşıdakı dövrdə hədəflərin təqdimatıdır. Bu inam ifadə edilir ki, qarşıya qoyulan məqsədlərə  yüksək səviyyədə  nail olacağıq. Buna əsas verən Azərbaycanın daim yeni-yeni  hədəflərə doğru inamla irəliləməsi və dövlətimizin uğurlu siyasəti nəticəsində  onlara zamanında nail olunmasıdır.

 

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın