29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Zelenski Rusiyayla bağlı Baydendən xahiş ETDİ

  • DÜNYA
  • 16 Aprel 2022
  • 1.416 BAXIŞ SAYI
Zelenski Rusiyayla bağlı Baydendən xahiş ETDİ

Ukrayna Prezidenti Vladimir Zelenski Amerika lideri Co Baydendən Rusiyanı terrorizmi dəstəkləyən ölkələrin siyahısına daxil edilməsini istəyib.

Qafqazaz.com  TASS-a istinadən xəbər verir ki, bu barədə “Washington Post“ mənbə məlumat verib.

Bildirilir ki, Zelenski bu barədə həftənin əvvəlində Amerika lideri ilə telefon söhbəti zamanı bildirib.
Qəzetin məlumatına görə, Bayden, Zelenskinin bu müraciətinə müsbət reaksiya verməyib. Lakin Moskvaya təzyiqləri artırmaq üçün bütün işlərin davam etdiyini bildirib.
Terrorçuluğu maliyyələşdirən ölkələrin siyahısını Dövlət Departamenti tərtib edir. Vaşinqtonun fikrincə, bu siyahıya beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləmiş dövlətlər daxil ola bilər.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın