19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Belarus Qərb ölkələrini hədələdi

  • DÜNYA
  • 18 Aprel 2022
  • 1.532 BAXIŞ SAYI
Belarus Qərb ölkələrini hədələdi

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç respublika ordusunun qonşu Qərb ölkələrinin mümkün təxribatına cavab verməyə hazırlaşdığını bildirib. 

Qafqazaz.com  xəbər verir ki, dövlət katibi çıxışı zamanı Minskə təcavüz olacağı təqdirdə, Qərbdə dağıntı və partlayışların davam edəcəyini vurğulayıb.

“Onlar öz infrastrukturlarını aydın olmayan şeylərə uyğunlaşdırırlar, yəqin ki, ortaya qoyurlar, aqressiya hazırlayırlar. Düşünürəm ki, adi insanlar, polşalılar, litvalılar görürlər ki, bu gün Ukraynada nə baş verir, nə dağıntılar, Ukrayna ərazisində necə faciələr olur, adi insanlar necə ölür. Ümid edirəm ki, onlar bunu istəməz, çünki belə çıxmayacaq ki, onlar Belarusa təcavüz edəcəklər və hərbi əməliyyatlar yalnız Belarusda olacaq. Xeyr, dağıntılar, ölümlər, partlayışlar da olacaq, lakin onların ərazisində”, – dövlət katibi “Belarus 1” telekanalına bildirib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın