29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Dayday”lı məmurların toxunalmazlığı… – VİDEO

“Dayday”lı məmurların toxunalmazlığı… – VİDEO

Qafqazaz.com: – Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini, hazırda Biləsuvar rayon ərazisində yerləşən 3 saylı Cəbrayıl qəsəbəsində yaşayan Məmmədova Elmira Əliş qızı yayımlanması üçün növbəti dəfə “DogruXeber.az” redaksiyasına videomüraciət ünvanlayıb.

Xanım müraciətində bir çox Cəbrayıl sakinləri adından, yenidən ölkə başçısına üz tutaraq, İcra Hakimiyyəti başçısı Kamal Həsənovun barəsində narazılıqlarını dilə gətirib.

Həmçinin, xanım dəfələrlə müraciət etmələrinə rəğmən, qəsəbədəki natəmizliklərin, işsizliyin hələ də var olmasından bəhs edib. Bundan əlavə o, saxta diplomlu şəxslərin də İcra Hakimiyyətində mühüm vəzifələrdə çalışdıqlarını vurğulayıb.

E.Məmmədova bildirir ki: -“Bir zamanlar rüşvətxorluğa və yeyintiyə görə işindən azad olunan Qoşqar Məmmədov keçmiş komitə sədri Əli Həsənovun tapşırığı ilə Kamal Həsənov tərəfindən Böyük Mərcanlı kənd İcra nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.”

“Prezident aparatında başçının tərəfdarları var…” – İDDİA // VİDEO

Mənzil Kommunal İstismar İdarəsinin rəisi Xocavənd, “Azərxalça”nın Cəbrayıl filialının müdiri Şuşa sakinləridir ki, onlar da İcra başçısı Kamal Həsənovun kimlərəsə “jesti”, yaxud kimlərinsə, nəzərə aldığı xahişidir. Bundan əlavə, bəzi icra nümayəndələri, həmçinin icra nümayəndəsi müavinləri var ki, el arasında “diplom bazarı” kimi tanınan keçmiş Gəncə Müəllimlər İnstitutunun və o institutun indiki davamçısı Gəncə Dövlət Universitetinin “məzunları”dır. Qeyd edək ki, Cəbrayıl rayonunun bir çox kəndlərinin, qəsəbələrinin icra nümayəndələri, həmçinin onların müavinləri arasında hətta bir ilə, il yarıma diplom sahibi olanları da var. Təbii ki, icra Hakimiyyəti də bundan xəbərsiz deyil. Amma, bütün bunları bilə-bilə həmin şəxslərə nə səbəbə, hansı maraqları naminə vəzifə “bağışlayıb”, bu “müəmmalı”dır.

Xalqa xidmət üçün görəvlilər mənfəət peşində – VİDEO

Cəbrayıl sakinlərinin dediyinə görə Elman Rüstəmovun “xüsusi dəstəyi” ilə Cəbrayıl rayonuna İcra başçısı təyin edilən Kamal Həsənov ətrafına uzaq-yaxın qohum – əqrəbasını və münasibəti yaxşı olan şəxsləri toplayıb. Rayondakı digər işlərə də rüşvət müqabilində təyinatlar verir.
Yeri gəlmişkən, İcra başçısının tərəfini tutan, başçı barəsində narazılığını dilə gətirən sakinlərə sosial şəbəkələrdə olmazın sözünü deyən, hətta təhqir edən “fanatlar”ı da sən demə “Ülyahəzrət”in diqqətindən yayınmayıbmış. Əldə etdiyimiz məlumata görə, onlardan bəzilərini müəyyən işlərlə təmin edibmiş. Demək ki, uğrunda dava edəcək qədər “sevdikləri qəbilə başçıları” onların bu zəhmətini görüb və ilk fürsətdə dəyərləndirib. Yəni, “əziyyətləri”nə, o qədər söz götürmələrinə “dəyib”.

“Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən – atamansan”… – Başçının sakinə cavabı // VİDEO

Qeyd edək ki, “qəbilə başçısı” ifadəsini də boşuna işlətmədik. Görünən o ki, Kamal Həsənov qədim zamanlarda olduğu kimi, yalnız öz “qəbiləsi”nin aclığını, susuzluğunu, problemlərini düşünür və həlli üçün istədiyi qərarları verir. Digər sakinləri isə xanımın da vurğuladığı kimi, ümumiyyətlə qəbul etmir, yaxud da söz verir, ciddi yanaşmadığı üçün sonra o sözü də unudur.

İcra başçısının bu davranışlarından cana doyan sakinlər adından videomüraciət hazırlayıb, bizə göndərən Elmira xanım, ölkə başçısından, “Cəbrayıl sakinlərinin canını Kamal Həsənovdan qurtaracaq sərəncam” imzalamağı xahiş edib. Və vurğulayıb ki, ölkə başçısı onların səsini eşidənə qədər bu kimi müraciətləri davam etdirəcəklər.
Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Başçının “müdafiə dəstəsi” yenə də iş başında – VİDEO

İcra Hakimiyyətinin icrasız hakimi – VİDEO

Cəbrayıl rayon İcra başçısı “əlçatmaz olub”; Dərdli sakinlər ümidsiz qalıb

Cəbrayıl sakinləri susmur – VİDEO

Bu rayonda vəzifələr “vərəsə”liklə ötürülür…

“Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb” – Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın