25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi

  • MANŞET
  • 21 Aprel 2022
  • 1.720 BAXIŞ SAYI
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi

Azərbaycan dilinin inkişafında xidmətləri ilə ulu öndərimiz Heydər Əliyev özü həmişə nümunə olmuşdur. O hesab edirdi ki, şəxsi nümunədən təsirli hansısa bir vasitə yoxdur. Aradan keçən əlli illik müddət Ümummilli Liderin başladığı və bu gün də dil sahəsində dövlətin aparıcı siyasətini təşkil edən kursun düzgünlüyünü təsdiq edir. Bunun üçündür ki, Azərbaycan dilinin inkişaf etdirilməsində, qiymətləndirilməsində Heydər Əliyevin əvəzsiz xidmətlərini hətta onun siyasi opponentləri belə etiraf edirlər. Heydər Əliyev bütün rəsmi yığıncaqlarda, tədbirlərdə rəhbər şəxslərin rus dilində çıxış etməsinin ənənəyə çevrildiyi bir vaxtda – 1969-cu ilin noyabrında Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə keçirilən təntənəli yığıncaqda öz ana dilində, Azərbaycan dilində çıxış etməsi ilə ölkədə geniş yayılmış stereotipi sındırdı. Respublikada böyük məmnuniyyət hissi ilə qarşılanan həmin çıxış o dərəcədə ictimai əhəmiyyət kəsb edirdi ki, Azərbaycan dilində etdiyi uğurlu çıxışa görə hətta onu təbrik edənlər olurdu və onlar saysız-hesabsız idi.Bu, bir həqiqətdir ki, Heydər Əliyev bütün fəaliyyəti dövründə həmişə Azərbaycan xalqının dilinin, mənliyinin, milli şüurunun, milli mentalitetinin qorunması və inkişaf etdirilməsi keşiyində durub və bu sahədə çalışanların əməyinə yüksək qiymət verib. “Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim – onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəli getməsinə xidmət göstərir”- sözləri həmin qiymətə böyük dövlət adamının hansı dərəcədə həssaslıqla yanaşdığının göstəricisi kimi yadda qalacaq.

Çallı kənd tam orta məktəbin müəllimi- Kərimli Fidan

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın