16.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər

  • MANŞET
  • 22 Aprel 2022
  • 1.745 BAXIŞ SAYI
Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər

Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər.

Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət nəticəsində Azərbaycanla dost və tərəfdaş olan ölkələrin sayı durmadan artmaqdadır. Bu münasibətlər daha da inkişaf etdirilir və starateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə gəlib çıxır. Artıq Azərbaycanla starateji tərəfdaş ölkələrdən biri də Qırğızıstandır. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 19-20-də ölkəmizə rəsmi səfəri Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində ölkələrimiz arasında on sənəd imzalandı ki, bu  sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdir. Bu Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və hər iki ölkəni məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Eyni zamanda, imzalanmış sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə çatdığından xəbər verir.

İki dövlət arasında münasibətləri irəli aparmaq üçün kifayət qədər potensial vardır. Bu sənədlər mövcud potensialdan faydalanmaq üçün zəmin yaradır. Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Artıq Azərbaycan şirkətləri bu sahədə müəyyən təcrübələr qazanıblar. Enerji sektorunun inkişafı istiqamətində Azərbaycanın investisiya potensialı Qırğızıstan üçün kifayət qədər faydalı ola bilər. Eyni zamanda, Azərbaycanın kommunikasiya xətlərindən istifadə də Qırğızıstan üçün qazanclı ola bilər. Dövlət başçılarının görüşlərində də bu məsələnin əhəmiyyəti vurğulandı. Azərbaycan öz kommunikasiya xətlərindən istifadə üçün Qırğızıstana tam şərait yaradır.

Şəhla Eminova –əməkdar müəllim

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın