29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Putinlə görüşdən qorxmuram” – Ukrayna Prezidenti

  • DÜNYA
  • 24 Aprel 2022
  • 1.526 BAXIŞ SAYI
“Putinlə görüşdən qorxmuram” – Ukrayna Prezidenti

“Müharibəni bitirməyin iki yolu var – diplomatik və hərbi”.

Qafqazaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Mən müharibəni dayandırmaq və ona son qoymaq istəyirəm. Diplomatik yol da var, hərbi də. İstənilən sağlam insan diplomatik yolu seçir, çünki bilir ki, çətin də olsa, milyonlarla insanın itkisinin qarşısını ala bilər”, – Zelenski bildirib.

O əlavə edib ki, Vladimir Putinlə görüşdən qorxmur: “Sadəcə olaraq qorxmağa haqqım yoxdur, çünki xalqımız heç nədən qorxmadığını nümayiş etdirdi, yalın əli ilə tankları dayandırdı”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın