16.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qurultayın Şuşada keçirilməsi dünya azərbaycanlılarında böyük qürur və sevinc hissi yaratdı – Sevinc Hüseynova

Qurultayın Şuşada keçirilməsi dünya azərbaycanlılarında böyük qürur və sevinc hissi yaratdı – Sevinc Hüseynova

Azərbaycan daha bir uğurlu tədbirə ev sahibliyi etdi. Dünya Azərbaycanlılarının V Zəfər qurultayı çox müvəffəqiyətlə və yüksək səviyyədə Şuşada keçirildi. Tədbirdə 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsi iştirak etdi.

Dünya Azərbaycanılarının Şuşada keçirilən Zəfər Qurultayında diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoyuldu. Prezident İlham Əliyev Qurultayda öz nitqində bir çox məsələlərə toxundu və dünya azərbaycanlıları üçün postmünaqişə dövrünə uyğun yol xəritəsi cızdı. Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi bütün dünyada yaşayan soydaşlarımızda böyük inam və ruh yüksəkliyi yaratdı

“V qurultay – Zəfər Qurultayı Azərbaycanın mədəniyyət paytaxtı, Azərbaycanın qazandığı tarixi zəfərin simvolu sayılan Şuşada keçirildi. Bu da təsadüfi deyil çünki Şuşa mənəvi baxımdan xalqımız üçün böyük məna daşıyır. Hesab edirəm ki, qurultayın məhz Şuşada keçirilməsi bütün dünya azərbaycanlılarında böyük qürur və sevinc hissi yaratdı. Doğma Şuşamız 30 ilə qədər müddət ərzində erməni işğalı altında qaldı.

Bu müddət ərzində hər birimizin qəlbində bir nisgil var idi, dogma torpaqlarımızın həsrəti hər birimizi narahat edirdi. Ancaq bu gün bu nisgil qürurla, narahatlıq isə sevinclə əvəz olunub, artıq dünyanın dörd bir tərəfindən soydaşlarımız Şuşaya toplaşır. Bu, hər bir azərbaycanlıda inanılmaz bir sevinc və qürur hissi yaradır”, – deyə deputat bildirib.

O qeyd edib ki, qurultay dünya azərbaycanlıları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, onların fəaliyyətinin daha səmərəli təşkilinə və səfərbər olmasına imkan yaradacaq.

“Qurultay siyasi baxımdan da mühüm əhəmiyyətə malikdir. Qurultay zamanı çox səmərəli müzakirələr aparıldı və mühüm sənədlər qəbu edildi. Bildiyiniz kimi Müzakirələr nəticəsində Qurultayın yekun sənədləri – qurultayın qətnaməsi, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin dünya azərbaycanlılarına müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın Ermənistanın işğalından azad olunmuş ərazilərində yaratdığı mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciəti yekdilliklə qəbul edilib. Bu sənədlər dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb etməklə yanaşı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün olduqca vacibdir. Bu baxımdan qurultay həm mənəvi, həm də siyasi baxımdan ölkəmiz üçün çox uğurlu oldu”, – deyə S.Hüseynova əlavə edib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın