29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Deputat şəhid ailələri ilə birgə su açılışında – FOTO

Deputat şəhid ailələri ilə birgə su açılışında – FOTO

Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə Goranboy rayonunun Borsunlu kəndində 100-ə yaxın ailənin, həmçinin şəhid ailələrinin həyətyanı torpaq sahələrinin suvarılması üçün su çəni istifadəyə verilib.

Qafqazaz.com xəbər verir ki, mərasimdə Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, kənd sakinləri, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Millət vəkili Anar Məmmədov çıxış edərək, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Keçirilən mərasimdə çıxış edəşəhid ailələri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın