25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Putin Ukraynanı dünya xəritəsindən silə bilməyəcək”

  • DÜNYA
  • 04 May 2022
  • 1.532 BAXIŞ SAYI
“Putin Ukraynanı dünya xəritəsindən silə bilməyəcək”

Əsas Avropa dəyərləri uğrunda cəsarətlə mübarizə aparan Ukraynada bütün Avropanın gələcəyi doğulur və Putin heç bir şəraitdə Ukraynanı dünya xəritəsindən silə bilməyəcək.

Qafqazaz.com  xəbər verir ki, bunu bu gün Strasburqda Avropa Parlamentinin plenar iclasında Avropa Komissiyasının sədri Ursula fon der Leyen çıxışı zamanı deyib.

“Putin Ukraynanı xəritədən silmək istəyirdi. Lakin o, açıq-aydın uğur qazana bilməyəcək. Əksinə. Ukraynada motivasiya və cəsarət, eləcə də birlik var. Putinin indi boğulduğu bircə ölkə var – o da Rusiyadır… Sanksiyalarla biz Rusiya iqtisadiyyatını şaxələndirmə və modernləşdirmə qabiliyyətindən məhrum edirik. Biz Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik. Biz həmçinin Ukraynanın müharibədən sonra uğur qazanması üçün şərait yaratmalıyıq”, – deyə Avropa Komissiyasının sədri bildirib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın