19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Müstəqilliyin gücləndirilməsi – dövlət siyasətinin ideoloji təməlidir

  • MANŞET
  • 05 May 2022
  • 2.046 BAXIŞ SAYI
Müstəqilliyin gücləndirilməsi – dövlət siyasətinin ideoloji təməlidir

Müstəqilliyin gücləndirilməsi – dövlət siyasətinin ideoloji təməlidir

 

Ermənistanın ərazilərmizi işğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünmürdük. Azərbaycan müstəqilliyin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışıb və buna nail olub. Ölkəmiz tam olaraq müstəqil oldu, müstəqil siyasət aparmaq imkanını əldə etdi və Qarabağı geri qaytardı.

Azərbaycan xalqı özünün adət-ənənələrini, mənəvi, dini dəyərlərini tarixin bütün keşməkeşli dövrlərində qoruyub saxlaya bilib. Hazırda, milli bayramlarımızın keçirilməsi, bu bayramlarda bizə məxsus olan ənənələrin yada salınması, təkrarlanması, qorunması çox mühüm bir məqamdır və bu da öz növbəsində təsdiq edir ki, Azərbaycan xalqı dövrümüzə qədər öz ənənələrinin keşiyində olub və bu gün də bu ideologiyaya sadiqdir.

Xüsusilə qeyd etmək yerinə düşərdi ki, müstəqilliyimizin bərpasından dərhal sonra azərbaycançılığın ümummilli ideya halına gəlməsi, eləcə də bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi artıq çox aktual bir məsələyə çevrilmişdi ki, bunun öhdəsindən də məhz Ümummilli Lider Heydər Əliyev layiqincə gəldi. Müstəqilliyimizin ilk illərində, xaosun, hakimiyyətsizliyin, hərc-mərcliyin baş alıb getdiyi, problemlərin durmadan artığı zamanda, ölkəmizin ən çətin və taleyüklü məsələlərinin həllinin vacibliyi məqamında xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli inkişafının ideya təməli olan konsepsiyanı, Azərbaycançılıq ideologiyasını yaratdı.

Ulu Öndər tərəfindən qoyulan bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçməkdədir. Ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, dövlət siyasətinin bütün sahələrində olduğu kimi, diaspor fəaliyyəti və onun gücləndirilməsi, azərbaycançılığın ümummilli ideologiya olaraq möhkəmlənməsi istiqamətində ardıcıl işlər görülür. Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, cənab Prezidentinimiz azərbaycançılıq ideyasının təbliğində, uğurla icra olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın müstəsna rolu və xidmətləri var və bu istiqamətdə ciddi fəaliyyət göz önündədir. Dünyanın bir sıra ölkələrində, şəhərlərində müxtəlif sərgilərin təşkil olunması, milli dəyərlərimizin təbliği, azərbaycançılıq idealogiyasının tərənnümü deyilənləri təsdiq edir və qeyd olunan fəaliyyətin bariz nümunələrindəndir.Bizim bugün başımız dik alnımız açıqdır.Cünki biz qalib ölkədə yaşayırıq. O ölkə ki, 30 illik həsrətə 44 gündə son qoydu.

Nağıyev Abbas –Zərdab rayonu, Dəli Quşçu kənd sakini, ağsaqqal

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın