19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Zelenski də Putin qədər müharibəyə görə günahkardır”

  • DÜNYA
  • 06 May 2022
  • 1.646 BAXIŞ SAYI
“Zelenski də Putin qədər müharibəyə görə günahkardır”

Braziliyanın keçmiş prezidenti Luiz İnasio Lula da Silva Rusiyanın fevralın 24-də Ukraynaya hücumları ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Qafqazaz.com  xəbər verir ki, o açıqlamasında Zelenskinin də Putin qədər müharibəyə görə məsuliyyət daşıdığını  bildirib.

“Bəzən Ukrayna prezidenti Zelenskinin televiziyada çıxışına baxıram və avroplılar kimi ayaq üstə alqışlamıram. Zelenski ən azı Putin qədər Ukrayna-Rusiya müharibəsində günahkardır”, – Lula bildirib.

Rusiya prezidenti Vladimir Putinin “Ukraynaya təcavüz etməməli” olduğunu deyən Lula Rusiya-Ukrayna müharibəsində ABŞ, NATO və Avropa İttifaqının (Aİ) də günahkar olduğunu bildirib.

Lula Ukrayna prezidenti Vladimir Zelenskini tənqid edərək, “Deyəsən, Zelenski nümayişin bir hissəsidir, sanki İngiltərə , Almaniya, Fransa və İtaliya parlamentlərində siyasi kampaniya aparır. Bu, danışıqlar masası arxasında olmalıdır”, – deyə o bildirib.

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın