29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Şuşa yolundakı tunellərin tikintisindən FOTOLAR

Şuşa yolundakı tunellərin tikintisindən FOTOLAR

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun üzərindəki tunellərin inşası davam etdirilir.

Qafqazaz.com  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat yayıb.

Bildirilib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun önəmi onun Zəngəzur dəhlizinin magistralı ilə birləşməsindədir.

Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən 81.6 km-lik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın